Məhyəddin Məhərrəmoğlunun növbəti şeirlər kitabı nəşr edilib
Tanınmış şair Məhyəddin Məhərrəmoğlunun növbəti şeirlər kitabı çapdan çıxıb.
“Zərdabi Nəşr” tərəfindən nəfis şəkildə çap olunan kitabda şairin müxtəlif illərdə və mövzularda qələmə aldığı seçmə şeirləri yer alıb. Yenicə işıq üzü görən kitabın "Ön söz" müəllifi mərhum yazıçı-publisist Vəlyəddin Misiroğlu, redaktoru şair Namiq Dəlidağlıdır.
Yenises.az xəbər verir ki, Məhyəddin Məhərrəm oğlu İsmayılov (Məhyəddin Məhərrəmoğlu) 1942-ci ilin noyabr ayında Kəlbəcər rayonunun Bağlıpəyə (Məşədi Məhəmmədli) kəndində anadan olub. Doğulduğu rayonda orta məktəbi bitirib, Gəncə Dövlət Pedaqoji İnstitutunun (İndiki ADPU) filologiya fakültəsində ali təhsil alıb. Ali təhsilini başa vurduqdan sonra Kəlbəcərin Ağdaban kəndində ixtisası üzrə dil-ədəbiyyat müəllimi, 1968-1978-ci illərdə isə rayonun Şorbulaq kənd orta məktəbinin direktoru vəzifəsində çalışıb.
1993-cü ilin aprel ayında Kəlbəcərin işğalından sonra ailəsi ilə birlikdə Mingəçevirdə müvəqqəti məskunlaşıb, təqaüdə çıxana qədər 118 saylı Kəlbəcər rayon orta məktəbinə rəhbərlik edib.
İlk gənclik illərindən etibarən doğma rayonunda çıxan “Yenilik” qəzetinin nəzdində fəaliyyət göstərən “Dəlidağın nəğmələri” ədəbi məclisin ən fəal üzvlərindən biri olub. İstər həmin dövrlərdə yerli və mərkəzi qəzetlərdə, istərsə də müstəqillik illərində müxtəlif mətbuat orqanlarında şeirləri dərc edilib.
Azərbaycan Yazıçılar Birliyinin üzvü olan M.Məhərrəmoğlunun indiyə qədər “Ağlı-qaralı dünya”, “Dünya həmin dünyadır”, “Mürgüləyən qönçələr”, “Bir gecənin yuxusu” adlı şeir kitabları nəşr olunub. “İldırımdan od almışam” müəllifin sayca beşinci kitabıdır.
Digər Xəbərlər
05 Yanvar 2026 08:09
ONU TORPAQ ÇAĞIRIRDI
31 Dekabr 2025 15:12
Nəriman Həsənzadə xəstəxanadan evə buraxıldı
29 Dekabr 2025 13:01
Rəşat Kəsəmənli: “Kaş mən də bu sənətdə atam kimi iz qoya bilim”
29 Dekabr 2025 11:00
HƏMRƏYLİK GÜNÜ MİLLİ BİRLİK, VƏTƏNƏ BAĞLILIQ HİSSLƏRİNİ ÖZÜNDƏ TƏCƏSSÜM ETDİRİR
27 Dekabr 2025 11:48
“Bu gün şair, artist, yazıçı, filosof, heykəltaraş, rejissor orden-medal, fəxri ad davası edirsə...”
25 Dekabr 2025 15:48
Taleyi göylərə yazılan insan - Fidan Abdurəhmanova yazır
25 Dekabr 2025 11:25
Adından boylanan söz adamı - Esmira İsmayılova yazır
25 Dekabr 2025 10:13


Bakı -°C

