Məktəbəhazırlıq təhsilinə ayrılacaq vəsait açıqlandı
Müvafiq tədris illərində 5 yaşlı 87,0 min nəfər uşağın məktəbəhazırlıq təhsili ilə əhatə olunması nəzərdə tutulub.
Adalet.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Bildirilib ki, məktəbəhazırlıq təhsili ilə bağlı xərclərə 37,4 milyon manat ayrılması proqnozlaşdırılıb.
Qeyd edək ki, növbəti il üzrə təhsil xərclərinə 5015,9 milyon manat vəsait proqnozlaşdırılır ki, bu da 2025- ci illə müqayisədə 78,6 milyon manat və ya 1,6 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 625,8 milyon manat və ya 14,3 faiz çoxdur.
Digər Xəbərlər
09 Mart 2026 09:20
Bu gün 58 mindən çox şagird buraxılış imtahanı verəcək
06 Mart 2026 12:23
Tələbə olmaq istəyənlərin NƏZƏRİNƏ - Qəbul prosesi başa çatdı
05 Mart 2026 12:27
Dron hücumuna görə yaxınlıqdakı məktəblərdə tədris dayandırılıb - RƏSMİ
05 Mart 2026 12:26
Bu müəllimlərin imtahanı iki mərhələdən ibarət olacaq?
04 Mart 2026 17:50
Beşyaşlıların məktəbə hazırlığı ilə bağlı müəssisələrin siyahısı genişləndirilib
04 Mart 2026 12:52
Azərbaycan dili imtahanının nəticələri elan olundu
04 Mart 2026 10:23
Buraxılış imtahanlarında 58 mindən çox şagird iştirak edəcək
04 Mart 2026 10:06


Bakı -°C

