Məktəblini soyundurub videoya çəkiblər? – VİDEO
Sosial şəbəkələrdə 281 saylı tam orta məktəbin 7-ci sinif şagirdinin soyundurularaq videoya çəkilməsi ilə bağlı iddialar yayılıb.
Adalet.az xəbər verir ki, həmin məktəbin şagirdləri məsələ ilə bağlı Baku TV-yə danışıblar.
“Deyilənə görə, onun özü soyunub. Deyəsən videonu sinfin adını batırmaq üçün çəkiblər. İndi də həmin sinif dağılır, uşaqlar sinifdən çıxır. Uşaqda çatışmazlıq var, gələn-gedənə sataşır. İndi də həmin uşaq dərsə gəlmir”, - şagirdlər bildirib.
Valideynlər isə bu hadisədən narahat olduqlarını qeyd ediblər. Onlar məktəb tərəfindən uşaqlara bu məsələ ilə bağlı danışmağa qadağa qoyulduğunu və təhsil müəssisəsində bu cür hadisələrin bir neçə dəfə yaşandığını deyib.
Məsələ ilə bağlı 281 nömrəli tam orta məktəbin rəhbərliyindən bildiriblər ki, sözügedən 7-ci sinif şagirdi davranış qaydalarını mütəmadi olaraq pozur, dərs prosesi zamanı aqressiv hərəkətlər edir. Şagirdin valideyni dəfələrlə məktəbə dəvət edilərək övladının uyğunsuz davranışı ilə bağlı ona xəbərdarlıq olunmasına baxmayaraq, müsbət nəticə əldə edilməyib. Sentyabrın 18-də tənəffüs vaxtı 7-ci sinif şagirdləri davranış qaydalarını mütəmadi pozan şagirdə qarşı təzyiq göstəriblər. Məktəb rəhbərliyi tərəfindən məsələ nəzarətə götürülüb, aidiyyəti qurumlarla birgə müvafiq tədbirlərin görülməsi yönündə işlər aparılır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirilib ki, qurum tərəfindən məktəbdə sağlam psixoloji mühitin möhkəmləndirilməsinə dəstək üçün əlavə psixoloq cəlb olunub. Bu kimi hallarda təhsil alanların psixoloji zərər görməməsi və uşaqların təhlükəsizliyinin təmin olunması daim diqqət mərkəzində saxlanılır, şagird davranış qaydalarına uyğun olmayan hallara qarşı qanunauyğun tədbirlər görülür.
Daha ətraflı videomaterialda:
Digər Xəbərlər
07 Yanvar 2026 16:44
Azərbaycanda 300-dən çox qadın fəlsəfə doktoru olub
06 Yanvar 2026 15:29
Zemfira Vəliyeva vəfat etdi
05 Yanvar 2026 18:12
Bu müəllimlərin maaşına əlavə üçün 20,1 milyon manat yönəldiləcək
30 Dekabr 2025 21:30
Deputat müəllim kimi işləməyə BAŞLADI
30 Dekabr 2025 21:03
Elmi dərəcə və elmi ad almış 66 iddiaçıya diplom və attestatlar verildi
30 Dekabr 2025 13:21
Bu il 3416 müəllim MİQ-də qazanaraq işlə təmin olunub
30 Dekabr 2025 13:07
Azad olunmuş ərazilərdə 21 ümumi təhsil müəssisəsi tikilib
27 Dekabr 2025 13:05


Bakı -°C

