Melikset Paşayan Qarabağda qanunsuz hərbi xidmət keçdiyini etiraf etdi

Aprelin 10-da Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Melikset Paşayan dövlət ittihamçılarının suallarını cavablandırarkən Azərbaycan Respublikasının vaxtilə işğal altında olmuş ərazilərində qanunsuz şəkildə hərbi xidmət keçdiyini etiraf edib.
Adalet.az xəbər verir ki, Ermənistan Respublikası silahlı qüvvələrində xidmət etmiş M.Paşayan ona “Kalaşnikov” silahı təhkim olunduğunu bildirib.
Bir neçə istiqamətdə, o cümlədən Ağdam rayonunun Sarıcalı, Güllücə və digər kəndlərində döyüş postlarında durduğunu deyən təqsirləndirilən şəxs dövlət ittihamçısı Fuad Musayevin sualına cavabında “Ağdam Azərbaycan Respublikasının rayonudur” deyib. Azərbaycan ərazilərində nəyi kimdən qoruması barədə suala isə cavab verə bilməyib.
Xatırladaq ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Digər Xəbərlər

Hikmət Hacıyev Füzuli aeroportundan paylaşım etdi - VİDEO

Başlıbel qətliamından 32 İL ÖTÜR

Minatəmizləmə Agentliyində maliyyə-idarəetmə pozuntuları aşkar edildi

Anar Əliyevə iki yeni müavin təyin edildi - FOTO

Toplanan cərimələrin 50 faizi hərbçilərin maaşlarına əlavə ediləcək
jpg-1744894866.jpg)
Paşinyan "Qarabağ hərəkatı"nı niyə "dağıdıcı" adlandırdı? -ŞƏRH

Hesablama Palatası Kliniki Tibbi Mərkəzdə nöqsanlar aşkarladı
