Toplanan cərimələrin 50 faizi hərbçilərin maaşlarına əlavə ediləcək

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun tələblərinin pozulmasına görə tətbiq edilən cərimələrdən toplanan vəsaitin 50 faizi hərbi qulluqçuların aylıq vəzifə (tarif) maaşlarına əlavə veriləcək.
Adalet.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun edilən dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, bu Qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 50 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) xidmət keçən hərbi qulluqçuların aylıq vəzifə (tarif) maaşlarına əlavənin verilməsi üçün həmin orqanın (qurumun) hesabına köçürüləcək. Həmin vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Digər Xəbərlər

Əxlaqsızlığa görə həbs edilən "molla" ilə bağlı AÇIQLAMA

Mehriban Əliyeva "Sea Breeze"də həyata keçirilən layihələrlə tanışlıq barədə video paylaşıb

Azərbaycan Ordusunda ilk: Əsgərlər üçün təhsil almaq imkanı yaradılıb

Leyla Əliyeva "See Breeze"dən video paylaşdı

DİN-dən çağırış: Dəqiqələr itirmirsən, illər bağışlayırsan! - VİDEO

“28 May” BAĞLANIR: Avtobusla getməli olacaqsınız
jpg-1744972874.jpg)
Erməni deputatın "artsax əsgərləri" ilə bağlı ittihamı erməniləri niyə incidir?
