"Mən Sizinlə, həqiqətən, fəxr edirəm" - Trampdan İlham Əliyevə

ABŞ lideri Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevlə fəxr etdiyini deyib.
Adalet.az xəbər verir ki, bu barədə o, sentyabrın 23-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar keçirdiyi rəsmi qəbulda çıxış edərkən deyib.
"Mən Sizinlə, həqiqətən, fəxr edirəm. Siz çox gözəl insansınız", - ABŞ Prezidenti əlavə edib.
D.Tramp qəbul iştirakçıları ilə birgəliyin onun üçün şərəf olduğunu vurğulayıb:
"Mən bu zalda olan bəziləriniz ilə görüşmüşəm, bir çoxunuzu yaxşı tanıyıram. Siz möhtəşəm insanlarsınız, ən yüksək səviyyəli liderlərsiniz. Sizin gördüyünüz işlər möhtəşəmdir. Düşünün, ölkələrinizin milyonlarla əhalisi var və siz bu ölkələrə uğurla rəhbərlik edirsiniz, dünya miqyasında liderlik edirsiniz. Məhz buna görə də buradasınız. Sadəcə demək istəyirəm ki, sizinlə bir yerdə olmaq mənim üçün şərəfdir. Sizinlə əl sıxmağı səbirsizliklə gözləyirəm. Bu işlərdən birlikdə zövq alacağıq. Biz dinc dünyada yaşayacağıq".
Digər Xəbərlər

İlham Əliyevin Nyu-Yorkda Bolqarıstanın Baş naziri ilə görüşü olub - FOTO

İlham Əliyev Nyu-Yorkda Portuqaliya Prezidenti ilə görüşüb - FOTO

İlham Əliyev Nyu-Yorkda ABŞ Ticarət Palatasının baş vitse-prezidenti ilə görüşüb - FOTO

Əli Əsədov Serbiya Milli Assambleyasının sədri ilə görüşdü

Albaniya Prezidenti İlham Əliyevə təşəkkür edib

İlham Əliyev və xanımı rəsmi qəbulda - FOTOLAR

“Bu, birmənalı şəkildə Prezidentin şəxsi nüfuzunu göstərir”
