30 Iyul 2024 13:33
93
İDMAN

MƏNİ İNFARKT OLMAQDAN QURTARAN OĞLAN

Hidayətin fransızla güləşməsini elə həyəcanla izləyirdim ki, yerimdə otura bilmirdim, bağırırdım: “Qaqa, hücum elə, qaqa, hücum elə. Səni üç yüz milyonluq türk izləyir”.

Mən adətən “Qarabağ”ın oyunlarında belə həyəcanlanıram. Amma bu dəfə ondan da betər idim. Uduzsa, bəlkə də infarkt olardım. 

Sağ ol, Hidayət. Məni və mənim kimi nə qədər adamı infarktdan xilas etdiyinə görə.