"Məni öldürmək fikrindədirlər" - Kamil Zeynallıdan ŞOK
Tanınmış idmançı Kamil Zeynallı sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.
Adalet.az qaynarinfo-ya istinadən xəbər verir ki, azərbaycanlı idmançı ermənilərin ona qarşı təxribat hazırladığını bildirib.
Paylaşımda deyilir: "Mənim Rusiyaya gedib-gəlməyim düşmən Ermənistanın bəzi saytlarında və sosial şəbəkələrdə xoş qarşılanmayıb. Acıqlarına gəlib. Bu səfərimiz də xəbərlərə səbəb olub. Bunlar hələ də məni izləyirlər. Ermənilərin mənə qarşı təxribatı hələ də bitməyib. Məni öldürmək və sui-qəsd etmək fikrindədirlər.
Xəbərlərində öz vətəndaşlarına harda olduğumu yazır və yerimi bildirirlər ki, gəlib mənə nəsə eləsinlər. Guya bunlar ağıllıdırlar da, daha demirlər ki, harada olduğumu Bakıya gələndən sonra yazdım. Mövcud olmayan qondarma "Arçax" hələ anlamır ki, Azərbaycanda milyonlarla Kamil Zeynallı var.
Biz xalq olaraq bunu 44 günlük zəfərimizdə bütün dünyaya sübut etdik. Görünür, məğlub olmuş erməni hökuməti öz şovinist fikirlərindən daşınmaq istəmir. Biləsiniz ki, dövlətimizin və xalqımızın Dəmir yumruğu yerindədir".
Digər Xəbərlər
15 Mart 2026 08:58
"İndi şou-biznesdə at oynadırlar" - Elnarə Xəlilova - VİDE
12 Mart 2026 12:16
Hüseyn Məhəmmədoğlu: “Efirlər sizsiz gözəlləşir”
12 Mart 2026 12:15
Rahidə Baxışova: “Təxminən 18 ilə yaxın limon qabığı yedim”
12 Mart 2026 11:37


Bakı -°C

