adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Iyul 2016 13:36
150011
RUBRİKA

“Məni yazmağa insanlar vadar etdi” – HƏR ŞEYƏ RƏĞMƏN

Fiziki məhdudiyyətli gənclər arasında həyat eşqi ilə yaşayan, ürəyiyaradıcılıq sevgisi ilə döyünən gənclərimiz də var. Cəmiyyət fobiyasına sinəgərib hər zaman cəmiyyət içində görünən belə insanlardan biri də yazar MətanətQüdsidir (Quliyeva). O, qələm sahibi olmaqlabərabər toxuculuqla da məşğul olur.Rəssamlıq qabiliyyəti isə ona verilən fitri istedaddır: "Rəsmlər məni başqa biraləmə aparır. İncəsənət mənim daxili aləmimdir. Hələ toxuculuqla məşğul olanzaman sanki hər ilməylə həyatda daha bir addım yuxarı qalxıram. Hər sütunubitirdikdə "Yenidən başla” deyə daxilimdə bir səs yaranır. Mətanət "Hər şeyə rəğmən”, yəni hər çətinliyibaxmayaraq öz potensialını gizlətmir, əksinə yaşamağı yaratmaqda gördüyünüdeyir.

Həmsöhbətim 1997-ci ildəŞəmkir rayonunda anadan olub. Altıncı sinfə qədər məktəbə gedib. Daha sonrasəhhətindəki problemlərlə əlaqədar orta təhsilini evdə davam etdirib: "İkiyaşımda onurğamda skolioz xəstəliyi yaranıb və əlamətləri getdikcə böyüyüb. Artıq6-cı sinifdə oxuyanda arabaya möhtac qaldım. Amma mənim oxumaq, təhsil almaq,arzularımı, xəyallarımı reallaşdırmaq istəyim həmişə güclü olub. Vaxt ötdükcədərk etdim ki, heç bir fiziki ağrı, cismani əngəl insanı məqsədlərinə gedənyoldan döndərə bilməz.


Məqsədindən əl çəkmək, mübarizəni yarımçıq qoymaq acizliyin, özünə inamsızlığınsübutudur. Nə qədər acılar, ağrılar çəksəm də, düşündüm ki, fiziki məhdudiyyətmənə mane ola bilməz. Var gücümlə çalışmağa başladım".

Gənc istedad həyatındakı xoş hadisələri yada salır:

2014-cüildə fiziki məhdudiyyətli bir dostunun məsləhəti ilə Slavyan Universitetindəaçılan Yaradıcılıq fakültəsinə imtahan vermək qərarına gələn Mətanət Quliyevabunun üçün sənədlərini universitetə təqdim edib: "Dostum dedi ki, universitetdəimtahan keçiriləcək və yaradıcılığı olan insanları seçəcəklər. İstəsən sən dəqoşula bilərsən. 100 nəfərdən 35 nəfər seçiləcək. Mən də maraqlandım,sənədlərimi verdim. Universitetə imtahanlara getdim. Nəticələr açıqlanandaBakıda xəstəxanaların birində müalicə alırdım. Tez-tez internetə baxırdım ki,seçilənlər arasında mənim də adım olacaq, yoxsa yox. Axşam vaxtı idi. Dəhlizdəoturmuşdum. Yenidən internetə daxil oldum və Slavyan Universitetininqruplarında adımı və şəklimi gördüm. Həmin vaxt keçirdiyim sevincimi izah etməkçox çətindir.

Otağa daxil olub xəbəri anama dedim, sevincdən ağladım. Otaqdakı tibb bacısı vəxəstələr də sevindilər. Sonra atama zəng vurub xəbəri çatdırdım, xəstəxanadançıxandan sonra universitetə gəldim. Cəmiyyətlə daha sıx münasibətdə olacağımıhiss etdim. Ətrafımdakı insanlar çoxalacaqdı.

Universitet mənim üçün tamam fərqli mühit idi. Ruhuna yaxın, müxtəlif düşüncəliinsanlarla birlikdə olmaq mənim üçün gözlənilməz və xoş idi. Universitetəgetməzdən əvvəl Yaradıcılıq fakültəsinə qəbul olanlara "facebook"dadostluq yolladım. Mənim ümumiyyətlə yaradıcılıqla məşğul olan insanlara xüsusisevgim var".


Mətanət Quliyeva hazırda Şəmkir şəhərində Heydər Əliyev Mərkəzində elmi-kütləvikitabxanasının nəzdində fəaliyyət göstərən YaradıcıYazarlar Klubunun sədridir.

-Sizi yazıb-yaratmağa aparan səbəb nədir?

-Məni yazmağa insanlar vadar etdi. İnsanlardangördüyüm pisliklərin nəticəsi olaraq şeir yazdım. Heç bir məhdudiyyət həyatdainsanı məqsədindən döndərə bilməz. Mənim elə bacardığım işlər var ki, kimlərsəonu əl-ayaqla həyata keçirir. Mən ağlımla, düşüncəmlə edirəm. Bəzi insanlar varki, məhdudiyyətlərinin qarşısında aciz qalırlar. Mən insanlara demək istəyirəmki, arabada ola-ola bu qədər yol keçmişəmsə, məndən də çoxunu edə bilərsiniz.Sizin şansınız daha çoxdur. Mən məhdudiyyətimin qarşısında güclü dayanıb onaqalib gəlmişəm.

Mətanətsöhbət zamanı fiziki məhdudiyyətli insanların cəmiyyətə qarşı çəkincəkliyiniqınadığını və bunun üçün valideynlərdən çox şeyin asılı olduğunu söyləyir:

"Mən uğurlarımın 99 faizini valideynləriməborcluyam. İlk dəfə arabaya məhkum olanda çölə çıxmaq istəmirdim. İstəmirdimyoldaşlarım, dostlarım məni belə görsünlər. Amma anam məni cəmiyyətdənkənarlaşdırmadı. Valideynlərim mənə həyatı sevdirdi. Fiziki məhdudiyyətliinsanlar cəmiyyətə adaptasiya olmalıdırlar. Allah bizi belə yaradıbsa,bədbinliyə qapılmamalıyıq, əksinə, həyatda uğur qazanmaq üçün çalışmalıyıq.Özümə söz vermişəm ki, çətinlikdən asılı olmayaraq həyat mənə hansı oyunu oynayırsa,ona qalib gəlməliyəm. Güclü olmağımın sirri həyata olan sevgimdir”.

Həmsöhbətimiz sonda vurğuladı ki, ən böyük arzusuyollarda pandus probleminin həll olmasıdır: "Hər dəfə yolda əngəli aşabilməyəndə, 2-3 nəfərin köməyinə ehtiyac duyanda utanırıq. Yol, market, park,məktəb, restoran, kitabxana və digər yerlərdə pandus problemi həll olunsun.Kiminsə köməyi olmadan istədiyimiz yerə gedə bilək”.

Mətanətinarzuları

Onunelə də çox böyük arzusu yoxdur. Ən böyük arzusu, elə məqsədi də xeyirxah birinsan olmaqdır. Əlil arabasında oturan bu qız özünə o qədər var-dövlət, pularzulayır ki, heç olmasa, ən azı ayda bir dəfə qocalar və uşaq evlərinə başçəkə bilsin. Təşkilat müdiri olmaq, ora insanları cəlb etmək, özünə televiziyakanalı açmaq, tanınmış şairə olmaq istəyir. Əslində o qədər böyük arzumyoxdu desə də, bu bir dəqiqə ərzində o qədər böyük arzular səsləndirdi ki, azqala bir insan ömrünə sığışmayacaq qədər böyük.

Rüfət Soltan