Mənzil əldə etmək üçün bir dəfə uçota alınacaqlar

Azərbaycan vətəndaşları sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək məqsədilə yalnız bir dəfə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alına biləcəklər.
Adalet.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında Mənzil Məcəlləsinə təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, qeyd olunan məsələ ilə bağlı məcəlləyə yeni maddə əlavə edilir.
Xatırladaq ki, Məcəllənin 48-ci bəndinə əsasən, yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir.
Qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
Nicat