Bakıda avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO

Qaradağ Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan “Mercedes” markalı, 77-XX-911 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Nuran Fətullayev Lökbatan qəsəbəsi ərazisində saxlanılıb.
Adalet.az xəbər verir ki, sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə N.Fətullayevin sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.
Digər Xəbərlər

Fatimə Mövlamlı saxlanıldı

Narkokuryerlərdən 3 kq narkotik vasitə aşkarlandı

Şəhidin adından istifadə edib pul yığan şəxs saxlanıldı

Cinayətdə şübhəli bilinən 50 nəfər tutuldu

"Azərbaycan xalqına qarşı nifrət təbliğ etməmişəm" - Babayan

Arayik və digərlərinin növbəti məhkəməsi oldu - YENİLƏNİB

Onlayn maliyyə piramidalarına növbəti zərbə - Polisdən yarım milyonluq əməliyyat - VİDEO
