Kim Çen In nüvə silahlarını hazır vəziyyətdə saxlamağı əmr edib

Şimali Koreya lideri Kim Çen In strateji qanadlı raketlərin sınaqdan çıxarılmasına nəzarət edib. O, həmçinin ölkənin ən effektiv müdafiəsini təmin edəcək nüvə silahından istifadə etməyə tam hazır olmağı əmr edib.
Adalet.az xəbər verir ki, bu barədə "Korean Central News Agency" (KCNA) məlumat yayıb.
KİV-in məlumatına görə, KXDR-də qanadlı raketlərin son sınağı “təhlükəsizlik mühitini ciddi şəkildə pozan və qarşıdurmanın genişlənməsinə töhfə verən düşmənləri” xəbərdar etmək, həmçinin “KXDR-in müxtəlif nüvə əməliyyat imkanlarının hazır olduğunu” nümayiş etdirmək məqsədi daşıyır.
Digər Xəbərlər

AK Partinin sözçüsü: İraq və Suriyadakı terror təşkilatları silahı yerə qoymalıdır

Rusiyada köməksiz qalan 200 balıqçı xilas edildi - VİDEO - YENİLƏNİB

Rusiya XİN-dən İstanbul danışıqları ilə bağlı AÇIQLAMA
