Rusiyada köməksiz qalan 200 balıqçı xilas edildi - VİDEO - YENİLƏNİB

Xilasedicilər Saxalin sahillərində qopan buz parçasının üzərindən 374 balıqçını xilas ediblər.
Adalet.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
"Saxalində xilasetmə əməliyyatı uğurla başa çatıb. Bütün insanlar sahilə çıxarılıb.
Ümumilikdə 374 nəfər xilas edilib", - mətbuat xidmətindən bildirilib.
Xəbər verildiyi kimi, Oxot dənizində, Saxalin sahillərində ilkin məlumatlara görə, üzərində 200 balıqçının olduğu buz parçası qopub. Fövqəladə hadisə Lesnoye kəndi yaxınlığında baş verib. Fövqəladə Hallar Nazirliyinin gəmisi və “Mi-8” helikopteri xilasetmə işlərinə cəlb edilib.
***
15:15
Rusiyanın Saxalin vilayətində təqribən 200 balıqçı buz parçasının qopması nəticəsində köməksiz qalıb.
Adalet.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Fövqəladə Hallar Nazirliyi yayıb.
Bildirilib ki, hazırda Oxot dənizində həmin balıqçıların buz üzərindən xilas edilməsi üzrə əməliyyat həyata keçirilir. Buz parçası ilə sahil arasında 700 metr məsafə var.
Ən son məlumata görə, hələ ki 66 balıqçını xilas etmək mümkün olub. Xilasetmə əməliyyatına “Mi-8” helikopteri cəlb edilib.
Digər Xəbərlər

Ağ Evdə daha bir gərginlik: "Sizin kostyumunuz var? - VİDEO

Paşinyan Türkiyə ilə sərhəddə rusların yerinə erməni sərhədçiləri yerləşdirdi

Zelenski Ağ Evdə Trampla mübahisə edir - VİDEO

AK Partinin sözçüsü: İraq və Suriyadakı terror təşkilatları silahı yerə qoymalıdır

Rusiya XİN-dən İstanbul danışıqları ilə bağlı AÇIQLAMA

Kim Çen In nüvə silahlarını hazır vəziyyətdə saxlamağı əmr edib

HƏMAS Qəzzada atəşkəs razılaşmasını uzatmağa hazırdır
