“Mənzillərdə yaşamayanlar da sabit tarifi ödəyəcəklər” - Nazir müavini

“Vətəndaş elektrik enerjisinə ayda 5 manat pul ödəyirsə, buraya elektrik enerjisinin istehsalına, onun paylanılmasına, ötürülməsinə və s. çəkilən xərclər daxildir”.
Adalet.az xəbər verir ki, bunu energetika nazirinin müavini Samir Vəliyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında “Elektroenergetika haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Yeniliyə əsasən, elektrik enerjisinə görə ödənilən vəsait iki hissədən ibarət olacaq. Məsələn, hər hansı 10 binanın 8-də yaşayış var, amma ikisində yaşayış yoxdur, lakin transformator məntəqəsi qurulmalıdır. Onun xərci tarifin içərisində olmalıdır. Yenilik ondan ibarətdir ki, onun xərci ayrılsın. Hansı ki, iki mənzildə yaşamırlar, onlar da ayda həmin sabit tarifi ödəyəcəklər. Bu, binada yaşayanların yükünü azaldır. Bu qanun layihəsinin hazırlanması zamanı beynəlxalq təcrübədən istifadə olunub”, - deyə nazir müavini bildirib.
Digər Xəbərlər

Sənədsiz evlər Milli Məclisdə müzakirə olundu

Vilayət Eyvazov sıra baxışı keçirdi - 19 müharibə iştirakçısı polisə qəbul olundu - VİDEO+FOTOLAR

Bu gün əsl yay havası olacaq - PROQNOZ

Qeyri-iş günlərində qatarların hərəkət qrafiki açıqlandı

Xankəndidəki restoranı icarəyə götürmüş vətəndaşın iddialarına RƏSMİ CAVAB

"Onlara normal maaş verilməsi üçün imkanlar var" - Deputat

Skuter sürənlərin NƏZƏRİNƏ! - DYP XƏBƏRDARLIQ ETDİ
