01 Fevral 2025 11:00
125
DÜNYA

"Məqsəd məni devirmək deyil" - Vuçiç Serbiyadakı etirazlardan danışdı

"Serbiyada ötən ilin noyabrından davam edən kütləvi etirazlar xarici kəşfiyyat xidmətlərinin birbaşa ölkəni məhv etmək cəhdidir".

Adalet.az xəbər verir ki,  bunu Serbiya prezidenti Aleksandar Vuçiç deyib.

"Problem onların məni devirmək istəməsində deyil, problem onların Serbiyanı məhv etmək istəmələrindədir", -  Vuçiç ifadə edib. 

Bildirək ki, 2024-cü ilin noyabr ayından Serbiyada Novi Sad qatar stansiyasında 15 nəfərin öldüyü faciədən sonra başlayan hökumət əleyhinə etirazlar keçirilir.

Yanvarın 27-də tələbə etirazçılar  Belqradın ən işlək yollarından birini 24 saatlıq blokada  elan ediblər. Yanvarın 28-də Serbiyanın baş naziri Miloş Vuçeviç ölkədəki etirazlar fonunda istefa verdiyini açıqlayıb. O,  Serbiyadakı kütləvi etirazların Qərb dövlətləri tərəfindən təşkil edildiyini bəyan edib.