30 Aprel 2025 12:50
134
AVTOMABİL

“Mercedes-Benz” və “Volkswagen” şirkətlərinin gəlirləri xeyli azalıb

Almaniyanın nəhəng avtomobil istehsalçılarının gəlirləri ilin birinci rübündə xeyli azalıb.

Adalet.az“Bild” qəzetinə istinadla xəbər verir ki, Avropanın ən böyük avtomobil istehsalçısı olan “Volkswagen” şirkəti bu ilə də mənfəətin azalması ilə başlayıb.

Şirkətin rəsmi açıqlamasına görə, birinci rübdə xalis gəlirlər ötən illə müqayisədə 41 faiz azalaraq 2,19 milyard avroya düşüb. Gəlirlər xüsusilə Çin bazarında və batareya satışı sahəsində daha çox azalıb. Bununla belə, ümumi dövriyyə 3 faiz artaraq 77,6 milyard avroya çatıb.

“Mercedes-Benz” də oxşar çətinliklərlə üzləşib. Çin bazarında satışların azalması şirkətin gəlirlərinə daha çox təsir edib. Nəticədə şirkətin mənfəəti ilin üç ayında 43 faiz azalaraq 1,73 milyard avro olub. Ümumi dövriyyə də 7 faiz azalaraq 33,2 milyard avro təşkil edib.