Səhiyyə Nazirliyi Ağdərədə əhalinin növbəti tibbi müayinələrini təşkil edib - FOTOLAR
İşğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Proqramı çərçivəsində Səhiyyə Nazirliyi vətəndaşlar arasında müxtəlif tibbi müayinələr, eyni zamanda sağlamlığın təşviqi istiqamətində maarifləndirici aksiyaların keçirilməsini davam etdirir.
Adalet.az xəbər verir ki, növbəti belə tədbir aprelin 30-da baş tutub. Nazirliyin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası tərəfindən Ağdərə rayonunun Talış kəndində əhali üçün oftalmoloji tibbi müayinələr aparılıb.
Tədbirin əsas məqsədioperativ şəkildə vətəndaşların müayinəsi, görmə qabiliyyətinin zəifləməsinin qarşısının alınması, görmə patologiyasının erkən diaqnostikasının aşkarlanması və müalicələrin təyin olunmasıdır.
Müayinələr əsasında vətəndaşlarda quru göz sindromu, allergik konyunktivit, refraksiya patologiyası, miopik astiqmatizm və digər xəstəliklər aşkarlanıb. Eyni zamanda, göz xəstəlikləri ilə bağlı ümumi monitorinqlər aparılıb və əldə edilən nəticələr müzakirə olunub. Həmçinin, ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasiyentlərin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılıb.
Ümumilikdə, oftalmoloji aksiya çərçivəsində 70-ə yaxın vətəndaşın müayinədən keçib.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq tibbi müayinələrin və maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Digər Xəbərlər
28 Mart 2026 23:57
Mədə xərçəngi xəstələrinin 5 ortaq XÜSUSİYYƏTİ
28 Mart 2026 15:28
Yazda allergiya - Nələrə diqqət etməliyik?
27 Mart 2026 18:38
Onkoloji xəstələr də sığortaya daxil edilməlidir...
25 Mart 2026 19:33
Göydə Allah, yerdə həkimlər. ..
25 Mart 2026 11:16
Çox təhlükəli virus dünyanı təhdid edir - Koronavirusdan daha ağırdır
22 Mart 2026 10:03
Ürəyin işini yaxşılaşdıran 6 QİDA
20 Mart 2026 14:03
Novruz bayramında sağlam qidalanma tövsiyələri - VİDEO
19 Mart 2026 18:00


Bakı -°C

