Mərkəzi Bank üzən məzənnəyə keçəcək? - AMB sədri açıqladı
"Mərkəzi Bankın ilk növbədə mandatı makroiqtisadi sabitliyin təmin edilməsidir. Bu məqsədə nail olmaq üçün hər hansı rejim uyğundursa, onu da seçəcəyik. Bu gün hökumətlə bir yerdə düşünürük ki, makroiqtisadi sabitliyin təmin edilməsi üçün sabit məzənnə rejimi ən əlverişlidir".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2025-ci ilin büdcəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
"Gələn il, o biri il üzən məzənnəyə keçək, belə məqsədimiz yoxdur. Bu il, növbəti illərdə də büdcə və orta müddətli xərclərdə də gördüyünüz kimi 1,7 məzənnə proqnozlaşdırılıb. Orta müddətli dövrdə də sabit məzənnə rejimini makroiqtisadi sabitliyin təmin edilməsi üçün əlverişli hesab edirik", - deyə AMB sədri vurğulayıb.
Digər Xəbərlər
28 Yanvar 2026 09:38
Yanvar ayının pensiyaları niyə artımlarla ödənilmədi? - AÇIQLAMA
27 Yanvar 2026 13:15
Hotellər ötən il 653 mln. manat gəlir əldə ediblər
27 Yanvar 2026 10:16
Azərbaycan nefti ucuzlaşdı
26 Yanvar 2026 21:00
SOCAR Dünya Bankı ilə yaşıl enerji dəhlizlərini müzakirə edib
26 Yanvar 2026 12:19
Ağdərə-Kəlalə avtomobil körpüsünün tikintisi bizə nə verəcək? - Açıqlama
26 Yanvar 2026 09:54
Azərbaycanın Ermənistana ötənilki ixracının DƏYƏRİ
26 Yanvar 2026 09:25
Rəqəmlər açıqlandı: Pensiya kapitalı bu qədər artırılacaq
25 Yanvar 2026 08:58


Bakı -°C

