Mərkəzi Nəbatat Bağına təcili tibbi yardım avtomobili daxil olmayıb – RƏSMİ

Mərkəzi Nəbatat Bağına təcili tibbi yardım avtomobili daxil olmayıb.
Adalet.az xəbər verir ki, bu barədə “Report”a bağın Mətbuat Xidmətindən məlumat verilib.
“Bağın ərazisinə təcili tibbi yardım avtomobili daxil olmayıb. Yayılan xəbər tərəfimizdən araşdırılır”.
Mətbuat xidmətindən bildirilib ki, bağın ərazisi mütəmadi olaraq dərmanlanır.
Qeyd edək ki, mediada bağın ərazisində yeddi yaşlı uşağı ilan sancdığı barədə məlumatlar dərc olunub.
TƏBİB-dən bildirilib ki, iyulun 28-də ilan sancması səbəbi ilə 2018-ci il təvəllüdlü azyaşlı oğlan uşağı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.
Dərhal zəruri tibbi xidmətlər göstərilən azyaşlıya ilan zəhəri əleyhinə zərdab tətbiq olunub.
Hazırda azyaşlının müalicəsi Toksikologiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.
Digər Xəbərlər

DTX-nin həbs etdiyi Dövlət Turizm Agentliyinin əməkdaşı haqda - YENİ QƏRAR

Qovlar şəhərinin Baş planı təsdiqlənib

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib - FOTOLAR
