Məsafədən bank əməliyyatlarında yeni era: SİMA vahid rəqəmsal həll kimi
Azərbaycan Respublikası Mərkəzi Bankının “Məsafədən hesabların açılması Qaydası”na etdiyi dəyişikliyə əsasən, bu gündən etibarən məsafədən bank hesablarının açılması yalnız gücləndirilmiş elektron imza vasitəsilə mümkün olacaq. Bu yenilik maliyyə institutlarından müştərilərin məsafədən identifikasiyası və autentifikasiyası prosesində yeni yanaşmalar tələb edir.
Adalet.az xəbər verir ki, SİMA Rəqəmsal Həllər Platforması isə bu çərçivədə banklar da daxil olmaqla bütün maliyyə qurumları üçün optimal və effektiv həll kimi çıxış edir. Yeni qaydaların tətbiqi ilə maliyyə institutları müştərilərin məsafədən eyniləşdirilməsini müxtəlif üsullar vasitəsilə həyata keçirə bilər ki, SİMA bu proseslərin hər biri üçün uyğun həllər təqdim edir.
İstifadəçilərin foto çəkilişi vasitəsilə eyniləşdirilməsi “SİMA KYC” məhsulu vasitəsilə mümkündür. Videoqeydiyyat və ya videozəng əsasında eyniləşdirmə isə “SİMA KYC” platformasının eyniadlı həlləri ilə təmin olunur. Bu yanaşma maliyyə institutlarına müştərinin identifikasiyasını müxtəlif ssenarilər üzrə təhlükəsiz və çevik şəkildə təşkil etməyə imkan yaradır.
Ümumilikdə isə məsafədən identifikasiya və autentifikasiya proseslərini ayrı-ayrı resurslar vasitəsilə həyata keçirmək əvəzinə, təkcə SİMA rəqəmsal imzanı tətbiq etməklə də həyata keçirmək mümkündür. Belə ki, “SİMA İmza” biometrik eyniləşdirmə və gücləndirilmiş elektron imza tələblərini vahid platformada birləşdirərək, yeni Qaydanın bütün tələblərini təmin edir. Bu yanaşma bank əməliyyatlarının təhlükəsizliyini artırmaqla yanaşı, xidmətlərin daha sürətli və rahat şəkildə təqdim olunmasına şərait yaradacaq.
Digər Xəbərlər
17 Mart 2026 12:16
Dövlət orqanlarında 158 vakant yer üzrə daxili müsahibə elan edilir
17 Mart 2026 11:48
Bu şəxslərin ilkin hərbi xidmət müddəti 6 ay olacaq
17 Mart 2026 11:30
Elektrik sayğacına yüklənən vəsaitlər silinir? - RƏSMİ AÇIQLAMA
17 Mart 2026 11:11


Bakı -°C

