adalet.az header logo
  • Bakı -°C
08 Mart 2026 00:26
87
İDMAN
A- A+

Messinin illik maaşı açıqlandı

“İnter Mayami”nin sahibi Xorxe Mas klubunun hücumçusu Lionel Messi haqqında danışıb.

Adalet.az xəbər verir ki, o, klubun sponsorluq müqavilələrinə ehtiyacını izah edib.

“Sponsorlara - və dünya səviyyəli sponsorlara - ehtiyacımın səbəbi oyunçuların baha olmasıdır. Messiyə ildə 60-70 milyon avro ödəyirəm. Bütün bonusları da əlavə etsək. Amma o, hər sentinə dəyər”, - deyə “A Bola” qəzeti Masdan sitat gətirib.

Argentinalı ulduz dünyada “Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldudan sonra ikinci ən çox maaş alan futbolçudur.

Messi 2023-cü ildə “İnter Mayami”yə qoşulub və o vaxtdan bəri 90 matçda meydana çıxıb və Florida klubu üçün 79 qol vurub.