Metronun iş rejimi iki saat uzadılır
Formula 1 Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək.
Adalet.az xəbər verir ki, "Bakı Metropoliteni" QSC yarış təşkilatçısı "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin müraciətinə müsbət cavab verib.
Qurumun yaydığı məlumata görə, avtomobil yürüşü günlərində şəhər mərkəzində keçiriləcək kütləvi-mədəni tədbirlərə görə, sentyabrın 13-dən 14-nə və ayın 14-dən 15-nə keçən gecələr Bakı metropoliteninin iş rejimi iki saat uzadılacaq:
"Şənbə və bazar günlərinə keçən gecələr metropolitenin bütün stansiyalarının qapıları gecə saat 02:00-a qədər girişə açıq olacaq. Sərnişinlər stansiyalar üzrə mənzil başına çatdırılana qədər xətlərdə qatarların hərəkəti təmin ediləcək".
Digər Xəbərlər
14 Yanvar 2025 15:19
Dünyanın güc reytinqi: Türkiyə 9, Azərbaycan 60, Ermənistan 91
14 Yanvar 2025 15:11İsmayıllı Rayon İcra Hakimiyyətində yeni təyinat
14 Yanvar 2025 14:41Daxili Qoşunlarda əməliyyat müşavirəsi keçirildi - FOTOLAR
14 Yanvar 2025 14:40Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən çıxarıldı - VİDEO
14 Yanvar 2025 12:58