adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
12 Avqust 2020 10:53
72878
MÜSAHİBƏ

"Meyxanaçıların sürdüyü həyat tərzi ordan uzaqlaşmağıma səbəb oldu" - MÜSAHİBƏ

Həmsöhbətimiz gəncşair Elvin Əlizadədir.

-Əli Kərim adına poeziya evində vəzifən nədir?Ümumiyyətlə, orda nə işlə məşğulsunuz?

-4 ildən çoxdur Sumqayıtda Əli Kərimin adınıdaşıyan Poeziya Evində çalışıram. Vəzifəm kütləvi tədbirlər üzrə təşkilatçıdır.Ümumiyyətlə, müəssisədə texniki işçilərdən başqa 3 nəfərik və vəzifə bölgüsüetmədən ümumi müəssisə ilə bağlı verilən tapşırıqların öhdəsindən vaxtında vəlayiqincə gəlməyə çalışırıq. SumqayıtPoeziya Evi hal hazırda pandemiya ilə bağlı onlayn fəaliyyət göstərsə dəzaman-zaman bir sıra beynəlxalq və ölkə miqyaslı tədbirlərə ev sahibliyi edib vəməlum qadağalar götürülərsə, necə deyərlər həyat axarına düşərsə bundan sonrada davam etmək fikrində və potensialındadır. Şair İbrahim İlyaslı, yazıçı AlmazBəyazid və mən öhdəmizə düşən missiyanı həm vəzifə borcu kimi, həm də içdən gələnxüsusi sevgi ilə icra etmişik və edirik. Bizim müəssisənin şəhərimizdəki ədəbimühitin qaynarlığının qorunub saxlanmasında, bu hərarətin davam etməsində müstəsnarolu var ki, bunu kitab təqdimatlarında, istər yerli, istərsə də tanınmış vəsevilən digər yazarlarla görüşdə iştirak edən tamaşaçılar və qələm sahibləri təsdiqedə bilərlər.

-Vaxtilə meyxana deyirdin. Indiki dövrdə meyxana vəbunun vasitəsiylə el şənlikləri daha gəlirli sahədir. Hətta hansısa mədəniyyətorqanındakı bir aylıq maaşı hansısa toyda meyxana deməklə 1-2 saata əldə etməkmümkündür. Nə vacib idi bunu hansısa mədəniyyət evində sıravi bir işə dəyişməyə?



-Bəli,mən də bir zamanlar sintetik sənət növü sayılan bədahətən söz sənəti ilə -meyxana yaxud bədihə ( bu adın mübahisəsihələ də davam edir. Hər iki tərəfin özlərinə məxsus tutarlı faktları var) ilə məşğulolmuşam. Yaşıma görə bəzi uğurlarım da olub. Televiziya yarışmasında da iştiraketmişəm. Necə deyərlər bu sənətlə siz deyən səviyyədə olmasa da pul qazanmışam. Lakin bu sənətin tanınmış və məndeyərdim ki, ən istedadlı bəzi daşıyıcılarının sürdüyü həyat tərzi, cəmiyyətüçün zərərli nümunə sayılacaq addımları bu gözəl sənətin xalqın ziyalı təbəqəsiarasında nüfuzdan düşməyinə ( sözsüz ki, bütün bunlara rəğmən sevənlər və dinləyənlərdə var ki, adı gedən sənətin yaşamasına həm birbaşa, həm dolayısıyla təkan olurlar ) və mənim də tədricənuzaqlaşmağıma səbəb oldu. Bütün bunlara baxmayaraq mən bu sənəti sevirəm. Birneçə ifasını və istedadını bəyəndiyim dostlarım var ki, onların ifalarında bu sənətinmaraqlı nümunələrini bu gün də dinləyirəm. Maddiyat məsələsinə gəldikdə isəşablon ifadə olsa da deyim ki, pul hər şey demək deyil. Az da olsa, çox da olsapulu hər zaman qazanmaq olar, ancaq hər insanın öz məqsədi, öz ideyaları vəidealları var ki, onlara çatmaq üçün itib gedən vaxtı sonradan təkrar əslaqazanmaq olmaz. Bu sənətin nomal düşüncəli, sağlam əqidəli, zərərli vərdişlərdənuzaq istedadlı və sevilən daşıyıcıları var ki, onların bu sənəti davam etdirməsinialqışlayıram və əminəm ki,məhz onlarınsayəsində qədim folklorumuzun əvəzsiz nümunəsi sayılan bu sənət layiqli qiymətinialacaq və yaşayacaq.

-Gəncsən. Nə zaman görüşürük, gəncləri bir yerəyığıb hansısa gənclik platforması yaratmaqdan danışırsan. Amma bu sözlərdənsonra səni ancaq Ehtiram İlham, Əyyub Qiyas, İbrahim İlyaslı və.s ilə görürəm.Gəncləri toplayaq, iş görək deyəndə onları nəzərdə tutursan?

-Bəli,gəncəm. Adı çəkilən insanları da gənc hesab edirəm. Onların ədəbiyyatla,yaradıcılıqla bağlı məsləhətlərini dinləyirəm və faydasını görürəm. Bu ilin əvvəlindəböyüklərin xeyir-duası ilə Sumqayıtda yaşayan gənc qələm sahiblərini bir arayayığaraq vaxtilə şəhərimizdə mövcud olan,gənclər təşkilatlarının brendi sayılan "Dəniz” ədəbi birliyini yenidən qurmağa,öncəki ənənəni davam etdirməyə çalışdıq. Toplantı baş tutdu ancaq pandemiya məqsədlərimizləbizim aramıza girdi. Həmin gənclərlə əlaqə saxlayırıq, sosial şəbəkələr vasitəsiilə fikir mübadilələrimiz davam edirvə hamılıqla bu bəlanın bitməsini gözləyirik.Qismət olarsa qarşıda çox böyük planlarımız və gözləntilərimiz var.

-Şeirdən əlavə siyasətlə də məşğulsan deyəsən.YAP-da hansısa funksionerliyin var?



-Mənhər zaman dövlətimə və dövlətçiliyimizə sadiq insanam. Mən belə düşünürəm kibizlər öz kiçik işlərimizlə gələcək nəslin böyük işlərinə nümunə ola bilərik.Funksioner sözü bir neçə mənanı daşıya bilər, ancaq mən özümü siyasətçi hesabetmirəm. Yeni Azərbaycan Partiyasın Sumqayıt şəhər təşkilatından mənəböyük etimad göstərilir. Çoxsaylı sağlamüzvləri olan Gənclər Birliyinin tərkibində komissiyalar təşkil olunmuşdu və məndə Mədəniyyət Komissiyasının sədri idim. Sözsüz ki, bu gün də həmin etimadın fərqindəyəmvə tapşırıqların öhdəsindən gəlməyə çalışıram. Partiyanın mədəni-kütləvi tədbirlərindəyaxından iştirak edir, təşkilatçılıq məsələlərində birlikdə addımlamağaçalışırıq.

Xocalıdan daha betər faciə yaşaya bilərdik.

-Aylardır karantin rejimi olduğundan bir çox dövlətidarələri onlayn işləyir və ya ümumiyyətlə fəaliyyətini məhdudlaşdırıb. Sizdəbu məsələlər necə həll olunur, karantində necə çalışırsınız?

-Bugün dünyada hökm sürən koronavirus probleminin mənfi təsirləri ölkəmizdən dəyan keçməyib. Digər fəaliyyət sahələri kimi mədəniyyət sahəsində çalışanlar dafəaliyyətini sosial şəbəkələr üzərindən onlayn qurmalı oldu. Biz də bir mədəniyyətmüəssisəsi olaraq fəaliyyətimizi facebook-da Sumqayıt Poeziya Evinin səhifəsiüzərindən davam etdiririk. İzləyicilərimizə ədəbiyyatla bağlı maraqlıvideoçarxlar, onlayn tədbirlər, yazarlarla virtual görüşlər təqdim edirik.Açığını deyim ki, bu işdə təcrübəsiz olsaq da fəaliyyətimiz uğurlu alınır. Bunuhəm rəhbərlik həm də izləyici fikirlərinə arxalanıb deyirəm. Demək olar ki,virtual fəaliyyət göstərmək iş həyatımızın ayrılmaz və maraqlı tərkib hissəsinəçevrilib.

-Bu il gənc yazar kimi prezident təqaüdünü aldın.

-Bildiyimizkimi hər il Azərbayçan Yazıçılar Birliyi üzvlərindən 20 gəncə Prezidentinmükafat fondu tərəfindən müavinat ayrılır. Bu il mənim də adımın həmin siyahıdaolmasına sevinməyə bilmərəm. Yeri gəlmişkən layiq görənlərə və bu işdə əziyyətikeçənlərə- hörmətli sədrimiz, Xalq yazıçısı Anar müəllimə, AYB-nin gənclərlə işüzrə katibi Rəşad Məcidə, mətbuat katibi Xəyal Rzaya öz təşəkkürümü bildirirəm.Mən düşünürəm ki, gənclərə ayrılan bu mükafat bizə stimul verməklə yanaşıboynumuza ağır və sevdiyimiz bir məsuliyyəti qoyur- yazmaq-yaratmaq, inkişafetmək.

-Kitab çıxartmağa tələsmirsən. Bu özünə əminsizlikdir,ya ayrı səbəblər var?

-Məktəbillərimdən şeirlər yazmağa başlasam da, elə həmin illərdən müxtəlif qəzetlərdə,jurnallarda, almanaxlarda çap olunsam da hələ ki, öz şeirlər kitabım çapolunmayıb. Əslində 2006-cı ildə həvəskar formada bir kitabçam çap olunmuşdu.Sonralar üzə çıxarmadım. Kitabımın olmamağının səbəbini əvvəl maddiimkansızlıqda görürdümsə sonralar buna imkan da yarandı və düşündüm ki, birazda məhsuldar ola bilsəm bu yaxınlarda illərdir arzusunda olduğum o kitabı çapetdirə bilərəm. Təqdimatına mütləq sizi də dəvət edəcəyəm.

-Köçkünlük həyatı yaşayıran...

-MənZəngilan rayonunda dünyaya gəlmişəm. Zəngilan rayonu erməni işğalçıları tərəfindənsonuncu zəbt olunan inzibati rayonumuzdur və mən o rayonda son göz açmış körpələrdənəm.Bəzən deyirlər ki, "ayağınız düşmədi”. Ancaq hər şey göz qabağında idi. Hər tərəfidüşmənlər tərəfindən zəbt olunan bir rayon özünü müdafiə batalyonunun gücü ilənə qədər müqavimət göstərsə də süquta məhkum idi. Və beləliklə alnımızayazılmış məcburi-köçkünlüklə həyatımızı davam etməli olduq. Təəssüfki, bəzən mənə "qaçqın” deyə kinayə edən insanlarla da rastlaşıram. Onlarbilmirlər ki, qaçmaq nədir, mən heç o vaxt yeriyə bilmirdim. O vaxt hakimiyyətinsəyi nəticəsində İran tərəfdən Araz çayının qabağı kəsilib, suyun səviyyəsiaşağı salınmasaydı biz zəngilanlıları yazıq xocalılardan betər aqibət gözləyəbilərdi. Mən bütün bunları tarix kitabından deyil, atamdan dinləmişəm. Atamhadisələrin canlı şahidi və Zəngilandan son çıxan insanlardandır. Bir şahid dəatamla 40 ilə yaxındır dostluq edən "qırmızı 06” – dır ki, Zəngilan torpağındagəzib deyə sata bilmirik. O günləri yaşamayan əsla təsəvvür edə bilməz.Cibimizdən 5 manat düşüb itəndə 5 dəfə gedib-gəlirik taparıq deyə. İnsanınsıfırdan başlaması nə deməkdir bunu ancaq məcburi-köçkün ailəsində böyüyənlərbilər. Şükür, bu gün hər şey qaydasındadır. Və mən heç kimə, hətta bizə tənə edənlərədə ailəm yaşayan o günləri arzu etmirəm.

Söhbətləşdi: Emin Piri