Məzahir Pənahov seçki prosesindəki şəffaflıqdan danışdı
"Mərkəzi Seçki Komissiyasının fəaliyyəti müxtəlif səviyyələrdə rəğbətlə qarşılanır və bizə xoş sözlər deyilir. Parlamentin bu məsələdə münasibəti isə xüsusi əhəmiyyət daşıyır. Bundan əlavə, siyasi partiyalarla bağlı məsələlər də önəmlidir. Bilirsiniz ki, MSK üzvlərini fəaliyyətini Seçki Məcəlləsinə uyğun qurur".
Adalet.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komisiyyasına yenidən sədr seçilən Məzahir Pənahov deyib.
"Ümumilikdə bizim 30 mindən artıq seçki strukturumuz - komissiyalarımız var. Onların öz fəaliyyətini lazımi səviyyədə qura bilməsi üçün müxtəlif vacib məqamlar var. Bizə bütün şərait yaradılıb. Bunu məmnuniyyətlə qeyd edə bilərik. Azərbaycanda seçki prosesində şəffaflıq baxımından dünyada analoqu olmayan təklif ortaya qoyuldu. 15-16 faiz məntəqədə ölkə başçısının tapşırığı ilə veb-kameralar qoyuldu. Həmin kameralara baxmaq üçün heç bir icazəyə ehtiyac yoxdur. Bunun dünyada analoqu yoxdur", - deyə MSK sədri bildirib
Digər Xəbərlər
27 Aprel 2026 17:27
Bu gün Çexiya ilə ticarət dövriyyəmiz 800 milyon dollardan çoxdur - İlham Əliyev
27 Aprel 2026 17:20
Qafarova sudanlı səfirlə parlamentlərarası əməkdaşlığı müzakirə etdi
27 Aprel 2026 17:10
"MSK yüksək səviyyədə işləyir" - Spiker
27 Aprel 2026 17:07
İlham Əliyev və Çexiyanın Baş naziri mətbuata bəyanatlarla çıxış etdilər - Tam mətn + YENİLƏNİB
27 Aprel 2026 16:33
Məzahir Pənahov yenidən MSK sədri seçildi
27 Aprel 2026 15:55
İlham Əliyevin adından Andrey Babişin şərəfinə rəsmi lanç verildi - FOTOLAR
27 Aprel 2026 15:00
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirildi
27 Aprel 2026 13:58


Bakı -°C

