10 Oktyabr 2025 17:03
139
ƏDƏBİYYAT

Məzahir Süleymanovun əziz xatirəsinə - ELEGİYA

Azərbaycanın ədliyyə, prokurorluq orqanlarında səmərəli fəaliyyət göstərmiş, dövlətçiliyimizə şərəflə, vicdanla xidməti ilə daim diqqət mərkəzində olmuş Məzahir Əli oğlu Süleymanovun əziz xatirəsi daim qəlblərdə yaşayacaqdır. Vətənpərvər ziyalı Məzahir Əli oğlu Süleymanov milli dövlətçilik maraqlarımızın, dövlətçiliyimizin ictimai-siyasi sabitliyimizin, təhlükəsizliyimizin, dövlətimizin ən ali məqsədinin-insan və vətəndaş hüquqlarının, fiziki və hüquqi şəxslərin hüquqlarının qorunmasında qanunun aliliyinin tam şəkildə təmin edilməsində, Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarının, o cümlədən ədliyyə, prokurorluq orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsində fədəkarlığı ilə seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyasında, prokurorluq haqqında və digər qanunlarda nəzərdə tutulmuş qaydalara uyğun olaraq müasir müstəqil, demokratik dünyəvi Azərbaycan Respublikasının qurucusu və banisi müdrik uzaqgörən dünya miqyaslı siyasi xadim, Qurtuluş dahisi Heydər Əliyevin siyasətinə sadiq bir vətəndaşlıq nümunəsi göstərmişdir. 30 ildən çox davam edən erməni işğalına, soyqırımı siyasətinə son qoyaraq ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə təmin etmiş qüdrətli Azərbaycan dövləti qurmuş xalqımızın Qurtuluş dahisinə çevrilmiş, dünyanın hərbi-siyasi, ideoloji müharibələr tarixinə yeniliklər bəxş etmiş Prezident İlham Əliyevin siyasətinə, tapşırıq və göstərişlərinə, diqqət və qayğısına həmişə dəstəyini ifadə edərək, öz əməli işi, fəaliyyəti ilə yüksək səviyyədə xidmət etmişdir.

Məzahir müəllim harada və hansı vəzifədə işləməsindən, fəaliyyət göstərməsindən asılı olmayaraq həmişə, dünya miqyaslı siyasi xadim Heydər Əliyevin hələ 1970-1987-ci illərdən qurub yaratdığı Azərbaycan Respublikasının müstəqilliyinin, dövlətçiliyimizin qorunub saxlanılması, möhkəmləndirilməsi yolunda özünəməxsus xidmətlə göstərmişdir. Ölkəmizi AXC-Müsavat hakimiyyətinin yaratdığı xaosdan, anarxiyadan, vətəndaş qarşıdurmasından, parçalanmadan xilas etmək, Azərbaycanı dünyanın ən qabaqcıl inkişaf etmiş demokratik sivil, dünyəvi, hüquqi dövlət olaraq qurulması üçün xalqımızın xilaskarı, bənzəri olmayan dünyəvi siyasi xadim hələ 1970-ci-1980-ci illərdə Azərbaycana rəhbərlik edərkən çox böyük siyasi ustalıqla, uzaqgörənliklə totalitar kommunist rejimi şəraitində müasir dövlətimizin iqtisadi-sosial bazasını qurmaq məqsədilə Azərbaycanımızın hər bir rayonuna, şəhərinə, qəsəbəsinə, kəndinə səfərlər etmişdir. Tovuz rayonuna səfərləri zamanı el ağsaqqalı, fəaliyyətini, işini Heydər Əliyevin yüksək qiymətləndirdiyi və şəxsiyyətinə böyük hörmət bəslədiyi Qovlar şəhərində SSRİ miqyasında ən iri, ən qabaqcıl təsərrüfata-sovxoza rəhbərlik etmiş atası Əli Süleymanovla görüşüb söhbət etdiyi bu gün də yaddaşlardadır. Məzahir Süleymanov Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışını təkidlə tələb edən və geniş surətdə öz əməli fəaliyyəti ilə təbliğ edən vətənini, xalqını sevən vətənpərvər hüquqşünas ziyalılarımızdan biri olmuşdur.

Prezident İlham Əliyevin uğurlu, məqsədyönlü, düşünülmüş daxili və xarici siyasətinin ən mühüm tərkib hissəsi olan qanunçuluğun, hüquq sisteminin, dövlətçiliyimizin ictimai-siyasi sabitliyimizin daha da möhkəmləndirilməsində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələrək prokurorluq orqanlarına olan münasibətin daha da yüksək səviyyədə olması üçün prokurorluğun, vətəndaşların inam, etiqad yeri kimi diqqət mərkəzində olması, insan hüquq və azadlıqlarının qorunub müdafiə olunması mərkəzinə çevrilməsi üçün üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir. Prokurorluq haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq prokurorluğun fəaliyyət istiqamətləri üzrə, prokurorluğun fəaliyyətinin əsas istiqamətləri üzrə vəzifələrinin öhdəsindən layiqincə gəlmiş, dövlət başçımızın, Baş Prokurorluğun tapşırıq və göstərişlərinə öz əməli işi, fəaliyyəti ilə yüksək səviyyədə xidmət etmişdir. Onun fəaliyyəti dövlətimiz tərəfindən, Baş Prokurorluq tərəfindən yüksək qiymətləndirilmişdir və mən də vətəndaş olaraq, media nümayəndəsi olaraq Məzahir Süleymanovu yaxından tanıyan şəxs olaraq onun müasir müstəqil dövlətçilik tariximizdə ədliyyə, prokurorluq orqanlarında olan peşəkar fəaliyyətinə yüksək qiymət verərək qərara gəldim ki, onun vəfatının il dönümündə əziz xatirəsini bir daha yad etmək, prokurorluq orqanlarında yüksək səviyyəli xidmətlərini geniş oxucu auditoriyasına çatdırmaq üçün fikirlərimi çatdırım.

Təvazökar, qayğıkeş, vətənpərvər ziyalı milli maraqlarımıza, dövlətçiliyimizə şərəflə, vicdanla xidmət etmiş Məzahir Əli oğlu Süleymanova allah rəhmət eləsin.

Allah yaxınlarına, əzizlərinə, qardaşları Nizami müəllimə, Talıb müəllimə, oğlu Elçin Süleymanova, oğlu Elnur Süleymanova səbr, təmkin versin. Amin!

Dəmir Qurbanlı,

AJB-nin üzvü, “Qızıl qələm” media mükafatı laureatı,
yazıçı-publisist