Mikayıl Cabbarov: “Petkim”in növbəti sərmayələri üçün işlər sürətləndirilir”
“Hazırda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədəki yatırımı olan “Petkim”in növbəti sərmayələrinin həyata keçirilməsi üzrə işlərini sürətləndirilməsini təmin edib”.
Adalet.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri və SOCAR-in Müşahidə Şurasının sədri Mikayıl Cabbarov bu gün İstanbulda keçirilən “Türkiyə-Azərbaycan Təbii Qaz Sahəsində Əməkdaşlıq Sazişi”nin imzalanması zamanı SOCAR-ın bu ölkədəki fəaliyyəti və gələcək planlarına toxunarkən bildirib.
Onun sözlərinə görə, gələn aylarda “Petkim”in yenilənməsi layihəsinə start verilə bilər: “Bu istiqamətdə bizə dəstək verən bütün tərəfdaşlara təşəkkürümüzü bildiririk. İnanırıq ki, bu, indiyə qədər reallaşdırılan layihələrlə yanaşı Türkiyə iqtisadiyyatına ən böyük sərmayə olacaq”.
Nazir bildirib ki, Türkiyə bazarının dayanıqlı şəkildə enerji ilə təminatı, eyni zamanda bölgələrin enerji ehtiyacının təmin edilməsində, Türkiyə dövlətində yaradılmış şəraitə və hüquqi mühitə görə SOCAR bir çox sərmayələri həyata keçirib:
“Belə bir sərmayənin həyata keçirilməsi Türkiyə iqtisadiyyatında gedən sabitləşmə proseslərinin bir nəticəsidir. Bu bir daha göstərir ki, sərmayəçilər Türkiyə iqtisadiyyatındakı imkanları görür, dəyərləndirir. Biz böyük məmnuniyyətlə bu yolu davam etmək niyyətindəyik”.
Digər Xəbərlər
07 Yanvar 2026 16:18
Sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb
07 Yanvar 2026 15:25
Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci iclası nə vaxt keçiriləcək?
07 Yanvar 2026 13:47
“Qızıl ehtiyatların həcminə görə Azərbaycan dünyada ilk iyyirmi beşlikdə qərarlaşıb...”
07 Yanvar 2026 11:10
“Qarabağ və Şərqi Zəngəzurun ölkənin iqtisadi zəncirinə tam inteqrasiyası...”
07 Yanvar 2026 11:03
“Bu il büdcə xərclərinin 41 faizindən çoxu sosial istiqamətə yönələcək...”
07 Yanvar 2026 10:13
Azərbaycan nefti ucuzlaşdı
06 Yanvar 2026 19:54
Gürcüstan Azərbaycandan qeyri-neft məhsullarının idxalını artırdı
06 Yanvar 2026 15:16


Bakı -°C

