Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyəti ilə görüşdü
İqtisadiyyat Nazirliyində Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyəti ilə keçirilən görüşdə iqtisadi əlaqələrin dayanıqlı inkişafını təmin edən təşəbbüslər, investisiyaların təşviqi, enerji və sənaye sahəsində birgə fəaliyyətin genişləndirilməsi müzakirə edilib.
Adalet.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Məlumata görə, iqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığının energetika nazirinin neft və qaz texniki və tənzimləmə məsələləri üzrə müavini Məcid bin Hindi Aluteibinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
İqtisadiyyat naziri Azərbaycan-Səudiyyə Ərəbistanı iqtisadi əlaqələrinin uğurla inkişaf etdiyini, enerji sahəsinin ikitərəfli əməkdaşlıq gündəliyində əsas istiqamətlərdən biri kimi müəyyənləşdirildiyini vurğulayıb. Ölkəmizdə investorlar üçün əlverişli mühitin olduğu, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin Azərbaycanda alternativ və bərpa olunan enerji sahəsində həyata keçirdiyi layihənin əhəmiyyəti qeyd edilib. İnvestisiya əməkdaşlığının genişləndirilməsi, enerji keçidi dövründə rəqəmsallaşma üzrə təcrübə mübadiləsinin aparılması istiqamətlərində əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Səudiyyə Ərəbistanı Krallığının energetika nazirinin müavini Məcid bin Hindi Aluteibi ölkəsinin Azərbaycanla qarşılıqlı biznes dialoqunun genişlənməsindən məmnunluğunu ifadə edib, ikitərəfli iqtisadi əlaqələrin gündəliyində olan məsələlər, birgə layihələrin reallaşdırılması barədə fikirlərini bildirib.
Görüşdə Səudiyyə Ərəbistanı ilə iqtisadi əlaqələrin dayanıqlı inkişafını təmin edən təşəbbüslər, investisiyaların təşviqi, enerji və sənaye sahəsində birgə fəaliyyətin genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
26 Dekabr 2025 18:03
İdarə Heyətinin sədri Zakir İbrahimovun "Nadir incilər – ipəklə gümüşün harmoniyası" adlı təqdimat mərasimində çıxış nitqi
26 Dekabr 2025 17:47
Naxçıvan sakinlərinə sosial ödənişlərlə bağlı şad xəbər
26 Dekabr 2025 13:25
Azərbaycanda asbestin istifadəsi qadağan ediləcək
26 Dekabr 2025 13:16


Bakı -°C

