Milli Məclisə 2026-cı il üçün bu qədər vəsait ayrılır
Milli Məclisin 2026-cı il üçün xərclər smetası 52,74 milyon manat təşkil edəcək.
Adalet.az xəbər verir ki, bu, parlamentin bu gün keçirilən iclasında müzakirə edilən Milli Məclisinin 2026-cı il üçün xərclər smetası haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsində əksini tapıb.
Bu məbləğ 2025-ci illə müqayisədə 222 min 863 manat və ya 0,4 % çoxdur.
Xərclər smetasının strukturunda 39,513 milyon manat əməyin ödənişi, 300 min manat sosial təminat üçün nəzərdə tutulub.
Milli Məclisin xərclərinə qaz istifadəsinə görə 210 min manat, suya görə 35 min manat, elektrik enerjisinə görə 465 min manat daxil edilib.
Parlamentin internet xərcləri 116 min manat səviyyəsində nəzərdə tutulur.
Milli Məclisin deputatları və aparat əməkdaşlarının ölkə daxili ezamiyyətləri üçün 110 min manat, xarici ölkələrə ezamiyyətlə bağlı 2 milyon manat planlaşdırılır.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.
Digər Xəbərlər
17 Yanvar 2026 14:37
Nizami rayonunda hüquqi yardım aksiyası keçirilib - FOTOLAR
17 Yanvar 2026 11:01
“Ermənistan “Tramp yolu”nu reallaşdırmaqla...”
16 Yanvar 2026 17:41
Vilayət Eyvazov belaruslu həmkarı ilə görüşdü - FOTOLAR
16 Yanvar 2026 14:46
"Azərbaycanda siyasi sistem möhkəmlənir" - Komitə sədri
16 Yanvar 2026 11:45
“Bu Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinə dəstək verən İran rejiminə...”
16 Yanvar 2026 10:37
“ABŞ-nin Türkiyədəki ən böyük hərbi bazası bu şəhərlərdə yerləşir”
15 Yanvar 2026 18:22
Fidan: Zəngəzur dəhlizi Orta Dəhliz baxımından əhəmiyyətlidir
15 Yanvar 2026 13:21


Bakı -°C

