23 Oktyabr 2025 16:35
88
DÜNYA

Mirzoyan Fransa XİN rəhbəri ilə Vaşinqton razılaşmasını müzakirə etdi

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Parisdə Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro ilə görüşüb.

Adalet.az Ermənistan XİN-ə istinadən xəbər verir ki, nazirlər Ermənistan və Fransa arasında əməkdaşlıq gündəliyini müzakirə ediblər.

    Strateji xarakterli münasibətlərin daha da dərinləşdirilməsi, eləcə də Ermənistan-Aİ tərəfdaşlığının genişləndirilməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb.

    XİN rəhbərləri çoxtərəfli platformalarda və formatlarda effektiv qarşılıqlı əlaqəni təmin edən təşəbbüsləri də müzakirə ediblər.

    Ararat Mirzoyan və Jan-Noel Baron regional reallıqlara, o cümlədən Vaşinqtonda avqust ayında əldə edilmiş razılaşmaların həyata keçirilməsinə də toxunublar.