23 Oktyabr 2025 15:27
92
DÜNYA

Qazaxıstanda "naməlum" PUA partlayıb

Qazaxıstan ölkə ərazisində "mənşəyi naməlum" pilotsuz təyyarənin partlaması barədə məlumat paylaşıb. 

Adalet.az xəbər verir ki, bu barədə məlumatı Qazaxıstan Müdafiə Nazirliyi yayıb. 

"Qərbi Qazaxıstan vilayətinin Burlin rayonunda mənşəyi naməlum pilotsuz uçuş aparatının partlaması qeydə alınıb", - ölkənin departamenti bildirib.

Pilotsuz təyyarənin qalıqları ucqar ərazidə tapılıb. Hadisə nəticəsində xəsarət alan və maddi ziyan olmayıb. Hazırda hadisənin baş vermə şəraiti və obyektin mənşəyinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.