Möcüzəvi kəşf - hamı heyrət içində...
Bünyamin Bünyadzadənin təqdimatında...
Müasir dünyanın dinamik inkişafı tibb elmində də hər gün hiss olunmaqdadır. Çağdaş tibb sahəsində ötən əsrlərlə müqayisədə az qala möcüzə hesab olunası yeniliklər və kəşflər yaradılmaqdadır. İnsan zəkasının parlaqlığı sanki günəşin parlaqlığı kimi tükənməzdir. Bütünlüklə maddi dünyanı görməkdə bizə yardımçı olan gözlərimiz sözsüz ki, bizim üçün ən əvəzsiz nemətlərdəndir. Ən son tibbi yeniliklər içərisində müzakirə mövzularından biri də gözlə bağlıdır. Daha bir uğurlu elmi nəticə olan bu tibbi yenilik olduqca maraq doğurur. Beləki Amerika Birləşmiş Ştatlarında aparılan elmi tibbi araşdırma bütün dünyada müzakirələrə səbəb olub.
Məhşur "Nature” adlı jurnalda dərc olunan araşdırmanı həyata keçirən elm adamları ölü bir insandan alınan gözün yenidən həyata qaytarıla biləcəyini müəyyən ediblər. Alimlər gözün torlu qişasındakı hüceyrələrin işığa reaksiya verdiyini və ölümdən 5 saat sonra da əlaqə saxladığını müəyyən ediblər.
Bu mənada elm adamlarının heyrətamiz iddialarını eşidərkən həyəcanlanmamaq əldə deyil. Ölən donordan alınan gözün canlı göz kimi fəaliyyət göstərdiyinə diqqət çəkən elm adamları, beyinə bu müdaxilə edilərsə, mərhumun həyata qaytarıla biləcəyini də bildiriblər.
Bundan başqa Amerikalı alimlər ölən donordan göz götürüldükdən dərhal sonra oksigen və digər qidaları gözə çatdıran xüsusi texnologiya da hazırlamağı bacarıblar. Bir sözlə bu tibbi yenilik inqilabi bir yenilik hesab edilə bilər.
Sonda isə arzu edirəm ki, hər zaman gözləriniz gözəllik görsün...
Gözlərimiz qəlbin aynası və həyatımızın əvəzsiz neməti olaraq hər zaman aydın olsun...
Digər Xəbərlər
09 Sentyabr 2026 07:35
Daha az şəkərli mürəbbə hazırlamaq istəyənlərə tövsiyə
09 Sentyabr 2026 06:59
Məşq etmədən əzələ artırmaq mümkün olacaq - Yeni texnologiya
09 Sentyabr 2026 06:44
2027-ci illə bağlı Vanqanın PROQNOZU
08 Sentyabr 2026 12:47
Oyuncaq avtomobillə Bakı yollarında şütüdü - VİDEO
08 Sentyabr 2026 07:56
Ev alarkən satıcıya verilməli olan ilk sual açıqlandı
08 Sentyabr 2026 07:38
Nuhun gəmisinin sirri açılır? - Düz bucaqlar, dəhlizlər...
08 Sentyabr 2026 07:13
Sürücülər bu mahnılara qulaq asmasın
08 Sentyabr 2026 07:11


Bakı -°C

