adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
06 Iyun 2023 10:05
543
İDMAN

Modriç də Səudiyyə Ərəbistanı klubuna keçir: 120 milyon avroluq müqavilə

“Real Madrid”in yarımmüdafiəçisi Luka Modriç karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Xorvatiyalı futbolçu adı hələlik açıqlanmayan klubla üç illik müqaviləni razılaşdırıb. Futbolçu bu müddət ərzində ümumilikdə 120 milyon avro qazanacaq.

Modriçin “Real Madrid”lə hazırkı müqaviləsi bu il iyunun sonunda başa çatır. Daha əvvəl bildirilib ki, tərəflər müqavilənin daha bir il uzadılması ilə bağlı razılığa gəliblər.

Xorvatiyalı yarımmüdafiəçi bu mövsüm “Real Madrid”in heyətində bütün turnirlərdə 51 oyuna çıxıb, 6 qol vurub və 6 məhsuldar ötürmə edib.

Qeyd edək ki, daha əvvəl “Real”dan ayrılan Kərim Benzema Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu ilə anlaşıb.