23 Yanvar 2025 12:09
171
MƏDƏNİYYƏT

Moldova  imtina etdi, Azərbaycan iştirakçıdır: "Eurovision 2025" müsabiqəsi

Xəbər verdiyimiz kimi, 69-cu "Eurovision" mahnı müsabiqəsi 2025-ci ilin mayında İsveçrənin 3-cü ən böyük şəhəri olan Bazeldə keçiriləcək. Müsabiqənin yarımfinal və finalı 2025-ci il mayın 13, 15 və 17-də "St. Jacobshalle" arenasında baş tutacaq. 


Adalet.az xəbər verir ki, 38 ölkə iştirak edəcəyi "Eurovision 2025" beynəlxalq mahnı müsabiqəsində Moldova iştirakdan imtina edib. 
Bu barədə “Radiotochka NSN” Telegram kanalı məlumat yayıb:” Moldovanın Eurovision-dakı nümayəndə heyətinin rəhbəri Daniela Krudu və Moldova milli televiziyasının direktoru Korneliu Durnesku bildiriblər”
Teleqramda deyilir ki, bu rəsmi şəxslər açıqlamasında mövcud vəziyyət, eləcə də iqtisadi, inzibati və bədii problemlərin ətraflı təhlilindən sonra müsabiqədə iştirakın ləğvi qərarının alındığını önə sürüblər.

Geri çəkilmənin səbəbləri arasında Durnesku bədii tamaşanın və əsərlərin keyfiyyətinin aşağı düşməsini, eləcə də tamaşaçıların müsabiqəyə marağının azalmasının da rol oynadığını qeyd edib. “Eurovision” texniki avadanlıq, səhnə tərtibatı, yol və yaşayış, sənətçilərin təbliği, tamaşanın quruluşu, milli finalın təşkili və digər xərclər üçün xeyli xərc tələb edir. Durnesku qeyd edib ki, əvvəlki il Moldova iştirak üçün 21 min 486 avro qonorar ödəməli olub. O əlavə edib ki, “Eurovision”da iştirak üçün nəzərdə tutulan vəsait digər layihələrə də ayrılacaq.


Qeyd edək ki, hələ ötən ilin avqust ayından  beynəlxalq mahnı müsabiqəsinin Azərbaycanda rəsmi yayımçısı İctimai Televiziya və Radio Yayımları İsveçrədə keçiriləcək “Avroviziya-2025” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək ifaçı və mahnı seçimini elan edib. Baxmayaraq ki, 2008-ci ildən  müsabiqədə iştirak edir , yalnız bir dəfə  müsabiqədə qalib olub.Yəni , indi də müsabiqədə iştirak etməkdə israrlıdır.

 Yeri gəlmişkən, 2010-cu ildə Azərbaycanın nümayəndə heyətinin rəhbəri Adil Kərimli bildirmişdi ki, Azərbaycan Eurovision-2010” müsabiqəsinə 1 milyon 560 min manat vəsait xərcləyib: “Əslində heç bir dövlət “Eurovision-2010” yarışmasına xərclədiyi pulları açıqlamayıb. Ancaq söz-söhbətlər gəzdiyinə görə, deyim ki, bu yarışmaya Azərbaycan dövlət büdcəsindən heç bir vəsait ayrılmayıb.  Xərclənən 1 milyon 560 min manat vəsaitin bir hissəsini İctimai Televiziya, bir hissəsini Dövlət Neft Şirkəti, bir hissəsini isə 2 sponsor ödəyib. Həmin sponsorlar adlarının açıqlanmasını istəmədikləri üçün bu barədə bir söz deyə bilməyəcəm. Onu da qeyd edim ki, 80-90% vəsaiti sponsurlarımız xərcləyib. Yarışmaya xərclənən bu ilki büdcə vəsaiti keçən ilki büdcədən 30% aşağı olub”.

 P.S. son illərdə keçirilmiş bütün "Eurovision"larda homoseksualların fəal iştirakı diqqətimizdən yayınmır. Həmkarım Xalid Kazımlı demiş, “Eurovision” açıq şəkildə LGBT sammitinə dönüb:"“Eurovision” kimi geniş miqyaslı festivalların, tədbirlərin bu qədər hay-küylə keçirilməsi isə göstərir ki, xeyri yoxdur, təşəbbüs artıq cinsi azlıqların əlindədir və onlar öz həyat tərzlərini ətrafdakılara diktə edirlər.

 Əntiqə Rəşid