Moskva yağlı əlini niyə öz başına çəkmir? - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
1288 | 2023-10-10 16:57

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, İsrail-Fələstin arasında başlayan müharibə  ilə bağlı bəyan edib ki, Moskva münaqişənin nizamlanması üçün əlindən gələni etmək niyyətindədir.

İki ilə yaxındır Ukrayna torpaqlarını işğal etmək məqsədilə müharibə aparan Rusiyaya demək lazımdır ki,  "keçəl başa dərman bilirlərsə, əvvəl öz başlarına çəksin". 

Maraqlıdır ki, on illərdi "çirkli çömçə ilə dünyanı qarışdıran" ABŞ, Rusiya, Fransa kimi dövlətlər, özlərinin qarşıdurmalar yaratdıqları regionlara "ağıllı məsləhətlər" verməkdən belə çəkinmirlər. Bir tərəfdən din pərdələri altında yaratdıqları terror təşkilatlarını silah-sursatla təmin edir, digər tərəfdən də onların törətdikləri əməlləri "pisləyib" terroru "lənətləyirlər". Bir sözlə, "Kommunist partiyasının manifesti"nin həmmüəllifi Fridrik Engelsin sözləri ilə desək "siyasi fahişəliklə" məşğuldular.

"Həmas"ın İsrailə qarşı qəflətən başladığı geniş miqyaslı hücumun arxasında "siyasi fahişəliklə" məşğul olan dövlətlərdən birinin və yaxud bir neçəsinin çıxması heç də kimsəni təəcübləndirməyəcək. 

Fələstin lideti Mahmud Abbas bu basa-basda Rusiyaya səfərə hazırlaşır. Rusiya rəsmiləri bunu təsdiqləsələr də, səfərin dəqiq tarixi ilə bağlı açıqlama vermək istəməyiblər. Sadəcə olaraq, Fələstinin Rusiyadakı səfiti Əbdel Hafiz Nofəlin, prezident Mahmud Abbasın Rusiyaya səfər edəcəyi ilə bağlı bəyanatını təsdiqləyiblər. 

Rusiya tərəfi düşünür ki, Fələstin-İsrail münaqişəsinin davam etməsi, dünya nizamının yenidən qurulmasında və ümumiyyətlə Yaxın Şərqdə amerikan mərkəzinin zəifəməsi simptomlarına gətirib çıxara bilər. Görünən odur ki, Rusiyanın rəsmi dairələrinin , guya tərəfləri atəşi dayandıtmağa çağırması onların münaqişənin həllində maraqlı olmalarının göstəricisi hesab etmək olmaz. Əksinə, hazırda Ukraynada işğalçı müharibə aparan dövləti daha çox Ukraynaya hərbi dəstək verən ABŞ və Qərbin üzünü Yaxın Şərqə, "Həmas"-"Hizbullah"-İsrail müharibəsinə yönəltməkdir. Ona görə də, tezliklə bu müharibəyə Livan başda olmaqla, digər ərəb dövlətlərinin, hətta bu regionda terrorçu qruplaşmaların himayəçisi kimi tanınan İranın da qoşulmasına çalışacağı gözləniləndir. 

Ərəb ölkələrinin bir çox rəhbərlərinin, o cümlədən Fələstin prezidenti Mahmud Abbasın uzun illərdi SSRİ- nin (Rusiyanın) xüsusi xidmət orqanlarının (KQB-nin) agentura şəbəkəsinə daxil olmaları artıq sirr deyil. Onun təcili Moskvaya səfər etməsinin də hansı məqsəd daşıdığı aydındır. Kremldən alacağı tapşırıq, müharibənin əhatəsinin genişləndirilməsi, ərəb dövlətlətrni mümkün qədər tez bir zamanda  İsrailə qarşı müharibəyə cəlb olunmasına çalışmaqdan ibarət olacaq... Sadəcə bir məsələ qalacaq, "Ştirlis",  "Payızın 17anı" tapşırığının öhtəsindən gələ biləvəkmi?

 

TƏQVİM / ARXİV