Moskvada azərbaycanlı milyarderlərin bazarındakı yanğın söndürülüb - VİDEO
Moskvanın "Sadovod” bazarında baş verən yanğın saat 17:00 radələrində söndürülüb.
Adalet.az xəbər verir ki,bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanğının söndürülməsi zamanı bir yanğınsöndürən xəsarət alıb.
16:18
Moskvanın “Sadovod” bazarında baş verən yanğının sahəsi 600 kvadratmetrə çatıb.
Adalet.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “Sadovod” bazarında baş verən yanğının söndürülməsi üçün “Kobra” yanğınsöndürmə sistemindən istifadə edilib ki, bu da qapalı məkanda baş verən yanğını konteynerlərin içərisinə girmədən dəlik vasitəsilə söndürməyə imkan verir.
Yanğınsöndürmə əməliyyatına 170-dən çox insan və 48 texnika cəlb olunub. FHN yanğın nəticəsində itkilər barədə məlumat daxil olmadığını da açıqlayıb.
Qeyd edək ki, "Sadovod" bazarı yəhudi əsilli azərbaycanlı milyarderlər Qod Nisanov və Zarah İliyevin “Kiyevskaya ploşad” şirkətinə məxsusdur.
***
14:22
Moskvada azərbaycanlı milyarderlərə məxsus Sadovod bazarında baş verən yanğın nəticəsində iki nəfər xəsarət alıb.
Adalet.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Xəsarət alan şəxslərə tibbi yardım göstərilib. Bazardan 350 nəfərin təxliyə olunduğu bildirilib.
Qeyd edək ki, yəhudi əsilli azərbaycanlı milyarderlərə Qod Nisanov və Zarah İliyevə məxsus Sadovod bazarında yanğın baş verib. Bazarın ticarət pavilyonunda baş verən yanğın 150 kvadrat metr ərazini əhatə edib./apa
***
13:21
Rusiyanın paytaxtı Moskvada azərbaycanəsilli iş adamlarına məxsus “Sadovod” bazarında yanğın baş verib.
Adalet.az hadisə barədə sosial şəbəkənin Rusiya seqmentində informasiya yayılıb.
Bildirilir ki, yanğına 2-ci çətinlik səviyyəsində qiymətləndirilib.
Hazırda təxliyə işləri aparılır.
Qeyd edək ki, Moskva Dairəvi Yolunun 14-cü kilometrliyində yerləşən “Sadovod” bazarı azərbaycanəsilli iş adamları Qod Nisanov və Zarah İliyevin “Kiyevskaya ploşşad” şirkətinə məxsusdur.
Digər Xəbərlər
23 Sentyabr 2026 16:20
Hörmüz boğazından keçən gəmi vurulub
23 Sentyabr 2026 15:45
Mansur Yavaş CHP-dən istefa verdi
23 Sentyabr 2026 15:36
Si Cinpinə görə 64 illik protokol qaydasını pozacaq
23 Sentyabr 2026 15:28
Pezeşkian bu gün BMT-də çıxış edəcək
23 Sentyabr 2026 13:53
Ərdoğanın silah hədiyyəsinə qılıncla cavab verdi
23 Sentyabr 2026 11:48
İranla savaşda neçə ABŞ hərbçisi ölüb?
23 Sentyabr 2026 11:31
Bodrumda yerli həyatın izində: Egey sahilinin fərqli üzünü kəşf edin - FOTOLAR
23 Sentyabr 2026 10:31


Bakı -°C

