adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
21 Avqust 2020 12:10
108663
MÜSAHİBƏ

Motoatıcı batalyonun komandiri: “Təxribatçılar və fərarilər yerindəcə güllələnsəydi, Füzuli işğal olunmazdı”

Zahir Həsənov. Qarabağ elinin igid oğullarındanbiridir. Yurdu, Vətəni darda qalanda silaha sarılıb, döyüşə atılıb. Müsahibimlə söhbətimiz Füzuli rayonunun 27 illikişğalına həsr olunub.

-Zahir müəllim, çox təəssüf edirəmki, döyüş yolu kimi şərəfli bir yol keçən igidlərimizihələ də ictimaiyyətə tanıtdırılmır.Bu səbəbdən oxucularımızın bir çoxu sizi tanımaya bilər. Əvvəlcə özünüzü təqdimedin.

-Qarabağlıyam. 1959-cu il iyulun16-da Füzuli rayonunun Cuvarlı kəndində anadan olmuşam. Orta məktəbə getmişəm.Ailəmiz o illərdə Sumqayıta köçdü və məcburən təhsilimi şəhər 1 saylı orta məktəbindədavam etdirdim. Məktəbi bitirdikdən sonra Sumqayıt Poltexnik texnikumunun sənayevə tikinti şöbəsinə daxil oldum. 1979-cu il may ayının 29-da təhsilimi başavurduqdan sonra Sovet ordusunda xidmətə başladım. 1988-ci ildə Xocalı Tikintiİdarəsi yaradılanda, oraya işləməyə göndərildim. Daha sonra hadisələr elə alındı ki, silahasarılmalı oldum. Qarabağ müharibəsində iştirak etdim.

-Müharibə də göstərdiyiniz şücaətlərə görə, Azərbaycanın Milli Qəhrəmanı adınada layiq görülmüsünüz?

-Bəli,Horadiz əməliyyatı zamanı Heydər Əliyevin sərəncamı ilə Milli Qəhrəman adınalayiq görülsəm də, təltif edildiyim adı bu günə qədər ala bilmədim. Ordusıralarından 1995-ci il oktyabrın 21-də tərxis olundum . Hələ də gözləyirəm ki,halal haqqım olan o adı nə vaxtsa mənə təqdim edəcəklər. Ümidimi üzməmişəm.

-Füzuli rayonu işğal ediləndərayon əhalisi nə qədər idi? Siz nə vaxtdansilaha sarıldız? Milli Ordu necə döyüşürdü ?

-Həmin dövrdəFüzuli rayonunun əhalisi 107.000 idi. Milli Ordu könüllü xalq nümayəndələrindəntəmsil olunduğu üçün əsgərlər böyük ruh yüksəkliyi ilə döyüşürdü. Bayaq qeyd elədiyimkimi, 1988-ci ildən Xocalı Tikinti İdarəsininrəhbərlərindən biri olmuşam. Elə həmin ildən etibarən bel, lom, buldozer vəekskavator 1991-ci ilin sonuna qədər bizim silahımız olub. B ir yandantikib-qururduq, bir yandan da separatçı, quldur xislətli ermənilərlədöyüşürdük. O torpaqların nə vaxtsa ermənilərin işğal edəcəyinə də inanmırdıq. XocalıdaToxuculuq Fabrikinin, Çörək-Bulka məlumatları sexinin, köçkünlər üçün tikilənfin evləri misal göstərilə bilər. 1990-cı ildə Hadrut rayonunda 195 yerlik ortaməktəbin inşasının başa çatdırılması bizim əməyimizin bəhrəsidir. Artıq vəziyyətgetdikcə dözülməz olurdu, artıq tikmək-qurmaq məqamı deyildi. 1991-ci ildən isətamamilə tikintini dayandırıb döyüşəatıldıq. Azərbaycan RespublikasınınMüdafiə Nazirliyinin N saylı hərbi hissənin könüllü əsgəri kimi fəaliyyətəbaşlamışam. 1992-ci il fevral ayının 21-dən Müdafiə Nazirliyinin 032 saylı əmrinəəsasən N saylı hərbi hissəyə komandir təyin olunmuşam və bu hərbi hissəninyaradılması mənə tapşırılıb. 848 saylı hərbi hissənin yaradıcısı və sonadək buhərbi hissənin komandiri olmuşam. 1993-cü ilin noyabr ayından N saylı hərbi hissənin2-ci motoatıcı batalyonuna komandir təyin olunmuşam. Komandiri olduğum hərbihissənin və batalyonun əsas şəxsi heyəti Füzuli rayonunun kəndlərindən gələnkönüllülərdən ibarət idi. Əsas çoxluğu Füzuli rayonu İşıqlı, Cuvarlı, Xələfşə,Qoçəhmədli, Arış, Qaradağlı, Gorazıllı, Kənd Horadiz, Yuxarı Abdurrahmanlı,Horadiz qəsəbəsi, Kərimbəyli, Böyük Bəhmənli, Bala Bəhmənli, Arazboyundan vəadları çəkilməyən Füzuli rayonunun bütün kəndlərindən təşkil olunmuş könüllü əsgərlərdənibarət idi. Komandiri olduğum hərbi hissəylə birlikdə Füzuli rayonu uğrunda gedənbütün döyüşlərdə iştirak etmişəm. 1993-cü il oktyabr ayının 23-ü mühasirəyə düşərək,6 günlük mühasirə müddətində Cəbrayıl və Füzuli rayon əhalisinin təhlükəsizliyinitəmin edərək, itki vermədən 12-15 minlik dinc əhalini İran İslam Respublikasıilə danışıqlar apararaq qonşu ölkəyə keçirmişik. Ermənilər tərəfindən döyüşən məşhurosetin batalyonun komandiri Mirzə Abayev ilə birlikdə məhv etmişik. Məlikcanqalası əməliyyatından qalib çıxmışıq. 1993-cü ilin noyabrında Seyfəli təlim mərkəzinəgöndərilmişik. Orda komandiri olduğum hərbi hissə şəxsi heyətlə N saylı hərbihissənin tərkibinə verilib. Məni isə həmin hərbi hissənin 2-ci motoatıcıbatalyonuna komandir təyin ediblər.



-Həmin hərbi hissənin tərkibində füzulillilərdən başqa digər bölgələrdən gələnkönüllülər yox idi?

-Burada 2-ci batalyonun şəxsi heyətinin 90 faiziFüzuli rayonu, 10 faizi isə Nizami rayonundan gətirilmiş könüllülərdən təşkilolunmuşdu. 1994-cü il yanvar ayının 5-də keçirilən məşhur Horadiz əməliyyatınınqələbə ilə başa çatmasında 2-ci batalyon əsas mərhələ - düşmənin cəbhəsininyarılması və geri çəkilməsində ən böyük rolu oynamışdır. Bu əməliyyatın uğurlabaşa çatmasına görə, Ali Baş Komandan 2-ci batalyona respublikanın ən yaxşıbatalyonu adını, komandirinə isə Azərbaycan Bayrağı ordeni verilmiş və AzərbaycanMilli Qəhrəmanı adının verilməsi haqqında komandanlıq tərəfindən Ali BaşKomandana təqdimat yazılmışdır. 1994-cü il yanvarın 7-də Füzuli rayonu AşağıSeyidəhmədli kəndi düşməndən azad edildi. 2 gün sonra Aşağı Abdurrahmanlı kəndindəmühasirəyə düşmüş 6-cı batalyonun mühasirədən çıxarılmasında və AşağıAbdurrahmanlı kəndinin azad edilməsində iştirak etmişik. Yanvarın 11-də AşağıSeyidəhmədli və Yuxarı Seyidəhmədli arasında düşmənin hücumunun qarşısını alarkənyaralanmışam.

-O vaxt deyirdilər ki, sizin batalyon həmin döyüşlərdə ermənininkifatət qədər hərbi texnikasını qənimət kimi gətirib…

-İstər yanvarın 5-7-nə qədər gedən döyüşlərdə, istərsonra, əsgərlərimiz sözün həqiq mənasında,əsl qəhrəmanlıq sərgilədilər. Düşmən o vaxt sanki vahiməyə düşmüşdü. Elə o ərəfədəbu qənimətləri onlardan götürdük: TankT-72 N 161, 449 MTLB, 4 ədəd N 566, 541, 2-si nömrəsiz, 1 Şturm,4 dənə 122 mm minaatan, 1 Zil130, (N 13-67, NKAO) 1 kamazN 26-42 NKAO, 1 Pulemyet PK . 2 Qratamyot RPQ 7, 1 Avtomat AK 74 . Çıxarda bilmədiyimizdüşmən silahlarını məhv edirdik .Məsələn, 2 ədəd T 72 tankını ələ keçirə bilmədiyimizəgörə, onu partlatdıq. Ermənilərə göz açmağa aman vermirdik, onların 60-80 nəfərcanlı qüvvəsi məhv edilib, döyüşzonasında qalmışdı. Müharibə qurbansız olmur. O döyüşdə bizim itkimiz isə 3 şəhid,17 yaralı oldu. Yanvarın 7- də artıq 2-cibatalyon komandanlığım alıtnda hücuma keçərək Aşağı Seyidəhmədli kəndini düşməndənazad etdi. Əməliyyat zamanı orda da kifayət qədərsilah -sursat götür bildik. Həttasursatla dolu olan 1 ədəd ZİL-131 markalı maşını vurduq. Düşmənin 30 nəfər canlı qüvvəsi məhv edildı. Bu dəfə də ermənilərənistətdə az itki verdik. İtkimiz 6 şəhid,33 yaralı olaraq qeyd olundu.

-Azərbaycan oğulları döyüşkən,mübariz, qorxmaz oğullardır. Bunu 5 il Ermənistan və Rusiya hərbi birləşmələrinə qarşı cüzisilalarla, amma böyük dirənişləri ilə sübut etdilər. Sizcə, Qarabağın, eləcə dəFüzuli rayonunun işğalı hansı səbəblərdən baş tutdu?

- Əlbəttə Qarabağ müharibəsindəpeşəkar Rusiya ordusu böyük amil idi. Səbəbin ən böyüyü budur! İkinci səbəb isədaxili parçalanma idi. Məsələn, Füzuli rayonunun işğalı əsasən, siyasi çəkişmələrinvə təxribatçıların apardığı təxribatlar nəticəsində itirildi. Kütləvi şəkildə əsgərlərinqeyri-qanuni olaraq ordudan uzaqlaşdırılması da səbəb olaraq 3-cü variant kimi göstəriləbilər.


-Cənab Komandir, sizcə işğalınqarşısını almaq olardımı?

-Bəli, mümkün idi: Təxribatçılarvə fərarilər yerindəcə güllələnməliydi. Hərbi hissədən qaçıb getmiş əsgər vəzabitlər geri qaytarılmalıydı. Könüllülərdən ibarət hərbi hissələr əvvəlki vəziyyətinəbərpa olunmalıydı, Düşmənin qarşısı yubanmadan alınmalı və geri oturdurulmalıydı.Orduda döyüşən peşəkar hərbçilərin də az olması məğlubiyyətə səbəb oldu. Onlarınçoxu döyüşərək şəhidlik zirvəsinə ucaldı. Məsələn Möhtərəm Məmmədov, Eynulla Məmmədov, Zahir Rəsulov, Tariyel Qəmbərov, Zöhrab Rəsulov, Xanəli Quliyev, Cəmil Mirzəyev və s göstərməkolar. Adları çəkilən şəxslər mənim komandir olduğum dövrdə şəhid olublar və 100-lərlə qazimiz var.

-Heç düşündünüzmü, Füzulininişğaldan azad edilməsinə, ümumiyyətlə, Qarabağın geri alınmasına nə mane olur?

-Hal-hazırda Azərbaycan xalqı vəAzərbaycan ordusu torpaqlarımızın azad olunmasına tam hazırdır və azad etməkistəyir. Buna mane olan amillər xarici qara və pozucu siyasətin təsiri nəticəsindəAzərbaycan hökuməti müharibəyə başlaya bilmir. Torpaqlarımızın azad olunmasıüçün Azərbaycan xalqı öz qəhrəmanlarını tanımalıdır və təxribatçılar, saxta əlillər,müharibə veteranları ortadan çıxmalıdır. Bütün bu proses dövlət səviyyəsində həllolunmalıdır. Mənim bütün bu nailiyyətlərim komandiri olduğum hərbi hissənin şəxsiheyətinin əziyyətinin nəticəsidir.

- Torpaqlarımızın azad edilməsi üçünmüharibə başlasa, yenidən döyüşə atılarsınızmı?

-Hər gün, hər saat , hər an müharibəbaşlayacaq o möhtəşəm günü gözləyirəm!İşimizi başa çatdırmalıyıq!Torpaqlarımızı, doğma Füzulimi azad etməliyəm!

-Maraqlı müsahibəyə görə təşəkkür edirik!

Söhbətləşdi: Əntiqə Rəşid