Motosiklet və moped sürücülərinin NƏZƏRİNƏ!
Baş Dövlət Yol Polisi İdarəsi motosiklet və moped sürücülərinə müraciət edib.
Adalet.az xəbər verir ki, müraciətdə deyilir:
"Sayı sürətlə artmaqda olan moped və motosiklet sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində baş verən yol-nəqliyyat hadisələri, təəssüf ki, tez-tez insan itkisi ilə nəticələnir.
Cari ilin 9 ayı ərzində bu tip nəqliyyat vasitələrinin iştirakı ilə 32 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 10 nəfər həyatını itirmiş, 26 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Bu göstəricilər iki təkərli nəqliyyat vasitələrinin idarə olunmasında sürücü intizamının qənaətbəxş olmadığını göstərir.
Bəzi sürücülər yollarda təhlükəsizlik qaydalarına əməl etmədən, təhlükəli manevrlər edərək özlərinin və digər hərəkət iştirakçılarının həyatını riskə atırlar. Təəssüf ki, belə halların çoxunda nəticə peşmançılıq və itki ilə bitir, lakin bu artıq heç bir fayda vermir.
Belə məsuliyyətsiz davranışlar həm də digər hərəkət iştirakçılarında motosiklet və moped sürücüləri haqqında mənfi rəy formalaşdırır.
Baş Dövlət Yol Polisi İdarəsi xatırladır ki, motosiklet, moped və digər bu tip iki təkərli nəqliyyat vasitələrini idarə edən sürücülər yol hərəkəti və təhlükəsizlik qaydalarına ciddi riayət etməli, qeydiyyatsız və ya qoruyucu vasitəsiz hərəkət etməməli, özlərinin və başqalarının həyatını təhlükəyə atmamalıdırlar".
Digər Xəbərlər
08 Noyabr 2025 18:12
Ərdoğan hərbi paraddan fotolar paylaşdı
08 Noyabr 2025 17:21
Liderlər birgə nahar etdilər - FOTO
08 Noyabr 2025 16:35
Bakıda hərbi parad başa çatdı - YENİLƏNİB + FOTOLAR
08 Noyabr 2025 15:14
Bakıda hərbi paradda aviasiyanın uçuşları - VİDEO
08 Noyabr 2025 15:08
"Vikinq" hava hədəflərinə qarşı mobil döyüş kompleksi nümayiş etdirildi - VİDEO
08 Noyabr 2025 15:01
Ordumuzun yeni "Vaşaq" və "Kobra-2" texnikaları hərbi paradda nümayiş etdirildi
08 Noyabr 2025 14:43
Pakistan hərbçiləri Bakıda paradda
08 Noyabr 2025 14:43


Bakı -°C

