adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
12 May 2017 11:15
220481
RUBRİKA

“Mövlud Mövlud yuxuda dedi ki, nə vaxt gəlirsiniz?” – YUXU QAPISI

Yuxu həyatın tərs üzüdür. Bizim hər günrastlaşdığımız insanların, hadisələrin o üzü. Burada zaman yoxdur. Şüurumuzunqaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. O işığın içində tez-tezxatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizin küçələrində əli cibindəveyil-veyil dolaşan adamlar yaşayır. Yuxudakı xatirələr, düşüncələr, əzablar,sevgilər, xəyallar, ümidlər bizim o biri dünyamızın sakinləridir. Yuxu bizisarsıda da bilər, sevindirə də. Bəzən beynimizin içində eynən çöl boyu yüyürənatlar sayaq insanların xatirələrinin axını olur. Bu kütləvi axını bizə yuxulargöstərir, qırıq-qırıq, zəif ssenaridə, montajı olmayan film kimi. Məşhurpsixoanaliz Ziqmund Froyd yuxular haqqında "Yuxuların yozumu"kitabını yazmışdır. Froyda görə, yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır.

"Yuxu qapısı”rubrikasının bu dəfəki qonağı Azərbaycan Yaradıcılıq Fondunun mətbuatxidmətinin rəhbəriAğa Cəfərlidir. Adalet.az müsahibənitəqdim edir.


- Froyda görə, yuxu mənasız bir şey deyil,sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir.Sizinfikriniz necədir?

- Froydun yuxunun mənasız olmaması fikri ilətam razıyam. Amma yuxunun mahiyyəti ilə bağlı nəsə deməyə çətinlik çəkirəm.Çünki bütün izahlara baxmayaraq, yuxu mənim üçün həddindən artıq sirli, bəlkə dəanlaşılmaz bir vəziyyətdir.


- Yuxularınız həyatınıza necə təsir göstərir, yənigördüyünüz yuxuya görə planlarınızı qurursunuz?

-Yuxuya görə hansısa plan qurduğumu demək çətindir. Amma yuxularımızın həyatımızaaz da olsa təsir göstərdiyini söyləmək olar.


- Yuxudan sonra onun yozumları haqda baş sındırırsız?

- Başsındırıram, özüm üçün müəyyən yozumlar verirəm. Ancaq əksər vaxtlarda bu birneçə dəqiqə çəkir, yozumlara çox vaxt sərf eləmirəm.


- Yuxuların mistikhadisə olduğuna inanırsınızmı?

- İnanıram. Sizə bir, daha doğrusu, iki yuxumu danışım. MövludMövlud intihar etmişdi, sabahı Qazaxa gedəcəkdik. Yuxuda mənə zəng eləmişdiMövlud, soruşdu "sabah gəlirsiz də?” Dedim, hə. Dedi, neçədəçıxacaqsınız-filan. Mən vaxtı dedim. Soruşdu ki, yazıçı dostumuz da gələcək? Dedim, yox, hələ sənin başına gələnlər haqqındaxəbər yazır. Dedi, eybi yox, Dostumuzla işin olmasın, ondan muğayat ol. Mövludbundan sonra bir dəfə də yuxuma girmişdi, deyirdi, qorxmuram, darıxıram.Düşünürəm ki, Mövludun yuxuma gəlməyində mistik nəsə var. Ümumiyyətlə, həmişəyuxularımı yazmaq istəmişəm, amma sonra Günəşin altında yeni heç nə olmadığınıdüşünüb vaz keçmişəm.


- Gördüyünüz yuxularçin olurmu, ya da əksinə?

- Bibim rəhmətə getməmişdənöncə çox dəhşətli, qarmaqarışıq yuxular görmüşdüm. Xalamqızı rəhmətə getməmişdən qabaq da oxşarhal baş vermişdi. Amma yaxşı şeylər də görmüşəm, məsələn, qohumumuzun əsgərlikdəngəlməyi kimi. Yeri gəlmişkən, deyim ki, həyat yoldaşımın yuxuları yüzdəyüz çinolur.


Həyatınızda gördüyünüz ən yadda qalan yuxu və ən gözəl yuxuhansılardır?

- Qızımın doğulacağını yuxumda görmüşdüm, daha doğrusu yuxuda demişdilər ki,qızın olacaq. Həmin yerdə stəkanlarvardı, stəkanların üzərində nəsə yazılmışdı. Soruşdum ki, bəs bu stəkanlarınüzərində nə yazılıb? Dedilər, Zəhra. O vaxt bu yuxunu anama danışdım, o da dediki, qızın olsa, əlbəttə adını Zəhra qoymalıyıq, başqa variant yoxdur. Biz dəanamın dediklərinə etiraz etmədik.

Bundan xeyli qabaq isə yuxuda bacımın oğluolacağı xəbərini mənə vermişdilər. Bunu da evdə danışmışdım. Üstündən neçə ilkeçdi, bacımın iki qızı oldu, anam həmişə deyirdi ki, sənin yuxuların həmişədüz çıxırdı. Amma bu dəfə düz çıxmadı. Anamın belə deməyindən bir müddət sonrabacımın oğlu oldu.

Əslində mən yuxulara tam inanmıram, ammahərdən qəribə yuxular görürəm, bəzən bu yuxular yüzdəyüz düz çıxır deyə yuxumənim üçün sirli, anlaşılmazdır.

Bir şey də deyim, mənəvə yaxınlarıma bir neçə dəfə yuxuda mesaj göndərilib ki, Ağanın spirtli içkilərdənuzaq durmağı məsləhətdir. Mən də bu mesajı nəzərə alaraq spirtli içkilərdəntamamilə kənar durmağa çalışıram.

Əslində, mənə elə gəlir ki, Allaha, dinə inaninsanlar yuxularda da daha çox inanır, amma mənim Allaha, dinə elə bir inanmımyoxdur. Buna baxmayaraq yuxular az da olsa mənə təsir göstərir.


- Bəzi adamlar yuxuda ağ-qara filmə baxırlar. Bunun səbəbi hələbilinmir. Amma alimlər onu bildirir ki, insanların 12 faiziağ-qara yuxu görür. Siz necə düşünürsünüz?

- Düzü xatırlaya bilmərəm ki, yuxularımı ağ,ya qara görürəm. Yuxlarıma rəngi sonradan qatıram. Hətta bəzən axşam yuxuda nəgördüyümü nə illah edirəmsə, yadıma sala bilmirəm.


-Hansı doğmanızı daha çox yuxuda görürsünüz?

- Hamını, atamı, anamı,bacımı, qardaşımı, həyat yoldaşımı, övladlarımı... Ən ağırı onların hansınınölümünü yuxuda görməkdir, amma yuxuda kiminsə ölümünü görürsənsə, onun ömrünüuzadırsa fikri həmişə bizə təsəlli verir.


- Yunan filosofu Heraklitinyuxu haqda məşhur bir sözüvar: " Oyanıq olan insanlar üçün tək bir dünya vardır. Yuxuda olanların isə hərbirinin ayrı bir aləmi vardır, onun içində hey fırlanırlar”. Siz necəfikirləşirsiniz?

- Məncə də yuxudakı adamların hər birinin ayrı aləmivar, onun içində hey fırlanırlar. Əlbəttə burdakı fırlanmaq sözün birbaşa mənasındakıfırlanmaq deyil, amma mən özüm sözün birbaşa mənasında yuxuda çox fırlanmışam.Bu fırlanma o qədər güclü olub ki, indicə öləcəyimi zənn eləmişəm. Bütün gücümüsərf edərək yuxudan oyanmışam ki, ölməyim. Bir də yuxuda tez-tez uçduğumu görürəm.Qollarımı qaldıraraq uçduğum da olub, qollarım yanımda ayağımı yerdənqaldıraraq uçduğum da. Bildiyimə görə, yuxuda çox adam uçur. Mümkündür ki, çoxadamın belə yuxu görməyi onların real həyatda da uçmaq istəyi ilə bağlı olsun.


- Sizə görəyuxularımız həqiqətə çatdırır bizi?

- İsa, Məhəmməd, Kafka, İsa Hüseynov öz həqiqətlərinəyuxunun köməkliyə çatıblar. Ola bilsin ki, yuxu kimlərisə həqiqətə çatdırır,kimlərəsə müəyyən ipucları verir. Ammahəqiqətə çatmaq mövzusunda nəsə demək, söyləmək mənim üçün həddindən artıq çətindir.Və mənə elə gəlir ki, həqiqət haqqında danışmaq yox, susmaq lazımdır. Həm dəona görə ki, hərənin öz həqiqəti var.