Mövsümi virus infeksiyalarından qorunmaq üçün bunları etməliyik - Pediatr
“Mövsümi virus infeksiyalarından qorunmaq üçün müəyyən qaydalara əməl etmək lazımdır, məsələn, düzgün mikroiqlimin təmin edilməsi”.
Adalet.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da pediatr Regina Nemətova bildirib.
Onun sözlərinə görə hətta ən keyfiyyətli dərman preparatları belə təmiz və nəmləndirilmiş hava qədər viruslara qarşı təsirli deyil:
“Uşaq bağçaları, məktəblər və digər uşaqların çox olduğu yerlərdə otaqlar mütəmadi olaraq havalandırılmalıdır. Xüsusilə istilik mövsümündə tənəffüs yollarının selikli qişalarının qurumasının qarşısını almaq üçün nəmləndirici cihazlardan istifadə vacibdir. Şəxsi gigiyena qaydalarına riayət etmək sadə görünə bilər, lakin infeksiyaların qarşısının alınmasında əsas rol oynayır”.
R.Nemətova bildirib ki, uşaqların kütləvi toplanma yerlərindən uzaq tutulması tövsiyə edilir:
“Kəskin respirator infeksiyalar dövründə insanlar arasında daha az vaxt keçirməyə çalışın və maskalardan istifadə edin. Qrip virusuna qarşı peyvənd olunmaq vacib məqamlardan biridir. Səhiyyə Nazirliyi tərəfindən ölkəmizə də qrip əleyhinə vaksin gətirilib. Bu vaksinlər dünya protokollarında qəbul edilmiş və təhlükəsizliyi, effektivliyi sübuta yetirilən vaksinlərdir. Respirator xəstəliklərə görə yüksək risk qrupuna aid olan səhiyyə işçilərinin, hamilə qadınların və xroniki tənəffüs sistemi xəstəlikləri olan, 6 aylıqdan yuxarı əhalinin qış mövsümündə qripə qarşı peyvənd olunması xüsusilə vacibdir”.
Pediatr sonda vurğulayıb ki, qrip peyvəndi təhlükəsizdir və uşaqlar üçün istifadəsinə icazə verilir.
Digər Xəbərlər
02 Aprel 2026 11:05
Arıqlamanın gizli formulu ortaya çıxdı
02 Aprel 2026 08:21
TƏBİB-in planlama sahəsində baş verənlər artıq təsadüfi səhv yox, sistemli problem kimi qiymətləndirilir
01 Aprel 2026 13:51
Azərbaycanda yeni Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının açılışı oldu - FOTOLAR
01 Aprel 2026 10:14


Bakı -°C

