MSK-ya daxil olmuş müraciətlər dairə seçki komissiyalarına göndərilib

Mərkəzi Seçki Komissiyasının (MSK) 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar növbəti iclası keçirilib.
Adalet.az xəbər verir ki, iclasın gündəliyinə bələdiyyə seçkiləri ilə əlaqədar Komissiyaya ünvanlanan müraciətlərə baxılması ilə bağlı məsələ daxil edilib.
Əvvəlcə Komissiyanın katibi Arifə Muxtarova məsələ ilə bağlı məlumat verib.
Sonra 72 saylı Cəlilabad kənd və 115 saylı Şəki kənd seçki dairələri üzrə Komissiyaya daxil olmuş müraciətlərə baxılıb.
MSK-nın qərarına əsasən, daxil olmuş müraciətlər Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq aidiyyəti üzrə baxılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilib.
İclas çərçivəsində müraciətlərin mümkün qədər tez araşdırılması və əsaslandırılması ilə bağlı tapşırıq verilib.
Qeyd edək ki, yanvarın 29-u Azərbaycanda bələdiyyə seçkiləri keçirilib. Seçkilərdə 1 milyon 874 min 810 seçici səsvermə hüququndan istifadə edib, seçici fəallığı 31,45 % olub.
Digər Xəbərlər

Mehriban Vəliyeva: “XII Qlobal Bakı Forumu qlobal çağırışların müzakirəsi üçün unikal platformadır”

ABŞ-dən sülhlə bağlı Bakı və İrəvana çağırış

"Təhsil mühiti olanda insanlar axınla bölgələrə gedəcəklər" - Deputat tıxacdan danışdı

Ceyhun Bayramov və Georq Georqiev arasında geniş tərkibdə görüş keçirilib - YENİLƏNİB

"Tikinti şirkətləri vətəndaşları ömürlük kirayəçiyə çevirib" - Deputat

Şimali Makedoniya Prezidentinin Azərbaycana səfəri başa çatdı - FOTO

"İki müraciət milli təhlükəsizliyimizə zidd olduğu üçün baxılmayacaq" - Əli Əsədov
