21 Aprel 2022 18:05
655
GÜNDƏM

Mübariz Mənsimovun şəhid qardaşların adını verdiyi gəmi suya buraxıldı - VİDEO

Vətən müharibəsində şəhid olan qardaşlar İman və Bəhram Məmmədzadələrin adlarını daşıyan “Palmali Holding”ə məxsus gəmi bu gün suya buraxılıb. 

Adalet.az xəbər verir ki, mərasimdə şəhidlərin valideynləri də iştirak ediblər. 

Onlar “Palmali Holding”in prezidenti, azərbaycanlı iş adamı Mübariz Mənsimovun dəvəti ilə Türkiyəyə səfər ediblər. Onların valideynləri ilə görüşən iş adamı bundan sonra da şəhidlərin adlarını yaşatmaq naminə belə addımların atılacağını bildirib. 

Qeyd edək ki, 22 yaşlı İman və 20 yaşlı Bəhram Vətən müharibəsində bir yerdə döyüşüb və eyni gündə şəhid olublar.