"Müdafiə nazirinə komanda verdim ki, atəş dayandırılsın" - İlham Əliyev

“İşğal faktı nəzərə alınmaqla hərbi quruculuq məsələləri mənim gündəliyimdə həmişə birinci dərəcəli yer tutub. Bu mövzu həm mənim iş qrafikimdə, həm açıq çıxışlarımda, həm də həmkarlarımla əlaqələrimdə həmişə üstünlük təşkil edib. Təbii ki, bu mövzu bütün xalqı birləşdirirdi və biz hamımız Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin etməyə çalışmışıq”.
Adalet.az xəbər verir ki, bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.
“Təsadüfi deyil ki, biz dövlət büdcəsini nəzərdən keçirən və hazırlayan vaxt mən həmişə göstəriş verirdim ki, ən böyük xərclər hərbi quruculuq üçün ayrılmalıdır. Bu, başqa amillərlə yanaşı, özünün haqlı olduğunu sübut edib. İndiki mərhələyə gəldikdə isə, mən bu barədə danışdım və siz tamamilə düzgün olaraq mənim sözlərimi xatırlatdınız ki, biz bir sıra amillər üzrə dayanmamalıyıq. İlk növbədə, ona görə ki, təəssüflər olsun, Ermənistanda həm iqtidarda, həm müxalifətdə, həm də cəmiyyətdə güclü revanşist əhval-ruhiyyə var.
Təəssüf ki, biz bunu real həyatda da görürük. Elə dünən Azərbaycan hərbi qulluqçularına qarşı növbəti hərbi təxribat törədilib. Heç bir əsası olmayan bu təcavüz nəticəsində Azərbaycanın hərbi qulluqçusu öldürülüb.
Bu, müharibədən sonra baş verən birinci hadisə deyil. Təəssüf ki, bizim bundan əvvəlki cəza xarakterli bütün cavab tədbirlərimiz Ermənistan üçün ibrət dərsi olmayıb. Dünənki hadisə də istisna deyil.
Azərbaycan Silahlı Qüvvələri cinayətkarları cəzalandırmaq üçün qəti tədbirlər görüblər və bu gün müdafiə nazirindən aldığım məlumata görə düşmən tərəfin 6-8 hərbi qulluqçusu məhv edilib, çoxları yaralanıb.
Bu hadisədən bir qədər sonra erməni tərəfi təkidlə atəşin dayandırılmasını xahiş etməyə başladı. Lakin onlar başa düşməlidirlər ki, azərbaycanlı hərbi qulluqçunun ölümü heç vaxt onlara bağışlanmayacaq.
Erməni tərəfin çoxsaylı xahişlərinə, mən deyərdim, yalvarışlarına, bu hadisənin rusiyalı sülhməramlıların məsuliyyət zonasında deyil, Kəlbəcər istiqamətində baş verməsinə, rusiyalı sülhməramlıların da xahişlərinə baxmayaraq, saat 21:30-da mən müdafiə nazirinə komanda verdim ki, atəş dayandırılsın və erməni tərəfin çoxsaylı yaralılarını götürməsinə imkan verilsin. Yəni, istər bu hadisə, istərsə də əvvəl baş vermiş hadisələr bu şəkildə sona çatıb – cinayətlər, təxribat, gizlincə törədilən alçaq təxribatlar, Azərbaycan tərəfin cəza tədbirləri, sonra da atəşin dayandırılması barədə yalvarışlar. Nəticədə Azərbaycan yenə humanizm nümayiş etdirdi, lakin yalnız bizim fikrimizcə cəza əməliyyatının başa çatdırılmalı olması qənaətinə gələndən sonra”, - dövlət başçısı qeyd edib.
Digər Xəbərlər
28 Oktyabr 2025 18:02 "Qarabağ və Şərqi Zəngəzur tikinti meydançasıdır" - Dövlət başçısı
28 Oktyabr 2025 17:38 Azərbaycan və Serbiya artilleriyaçılarının birgə təlimi - VİDEO
28 Oktyabr 2025 17:20 Rövşən Rzayev vətəndaşların problemini dinlədi
28 Oktyabr 2025 16:29 Güclü küləklə bağlı sarı və narıncı XƏBƏRDARLIQ
28 Oktyabr 2025 16:09 Ağamalı ailəsindəki qalmaqalın səbəbi bilindi - Başqa oğlu da var imiş
28 Oktyabr 2025 15:55 İlham Əliyev məscidinin təməlini qoydu - FOTOLAR
28 Oktyabr 2025 15:54 Cəbrayılda ikinci və üçüncü yaşayış komplekslərinin təməli qoyulub - FOTOLAR
28 Oktyabr 2025 12:32 

Bakı -°C 






