"Müdafiə qabiliyyətinin gücləndirilməsi üçün xüsusi alışlar həyata keçirilib" - Nazir

"Azərbaycanda 2024-cü ildə fiskal intizam qorunub saxlanılıb. İqtisadi, makroiqtisadi göstəricilərə nəzər saldıqda, ötən il iqtisadi artım qeyd edə alınıb".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxışı zamanı maliyyə naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, ötən il tədiyyə balansı qorunub, ticarət balansında profisit qeydə alınıb, ehtiyatlarımız artıb:
"Dövlət büdcəsi çərçivəsində cəmi 1 il ərzində 15 milyard manatlıq portfel əsaslı xərclərə yönəldilib, azad edilmiş ərazilərin yenidən qurulması ilə bağlı proqram icra olunub, ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində xüsusi alışlar həyata keçirilib. Bütün bunlar həyata keçirilərkən ötən il ölkədə fiskal intizam qorunub”.
Digər Xəbərlər

Laçında 28 May - Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib - YENİLƏNİB + FOTOLAR

DTX Müstəqillik Günü ilə bağlı videoçarx hazırladı

Əliyev, Ərdoğan və Şərif Laçını gəzdilər - FOTOLAR

Hikmət Hacıyev Laçından görüntülər paylaşıb - VİDEO

Laçın Beynəlxalq Hava Limanının açılışı oldu - YENİLƏNİB + VİDEO

Türkiyə Prezidentinin təyyarəsi Laçına eniş etdi - YENİLƏNİB + VİDEO

Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
