MÜƏLLİM ÇIXIB O UŞAQLARA BİR ŞİLLƏ VURSAYDI, VAY, DƏDƏM, VAY!
Sosial şəbəkə partlayır, beş nəfərin qatili də yaddan çıxıb. Hamı 156 saylı məktəbdə baş verən iyrənc hərəkəti müzakirə edir. Əslində bu, iyrənc hərəkət deyil, sinif yoldaşları bir qızı linç edirlər.
İndi belə bir vaxtda qəfil bir müəllim gəlib çıxsaydı, həmin linç edən şagirdlərin hərəsinə bir şapalaq vursaydı, görün nə mənzərə yaranardı? Şagirdin linç hərəkətinə məruz qalması təmiz yaddan çıxardı, hamı düşərdi müəllimin üstünə. Şapalaq dəyən uşaqların valideynləri də bir tərəfdən. Bu dəfə müəllim linç edilərdi, işdən çıxarılardı, nə bilim daha nə.
Və saytlarda, mətbuatda yazacaqdılar ki, uşaqlardı da zarafat ediblər. Necə ki məktəbin direktoru açıqlama verdi ki, şagird də, valideyni də məktəbə dəvət olunub, psixoloq söhbət aparıb, şagird deyib ki, zarafat etmişəm. Buna türklər «eşşək zarafatı» deyirlər.
Nə qədər ki müəllimlər basqı altında yaşayacaq, şagirdlərdən qorxacaq, tərbiyəsiz uşaqlara güldən ağır bir söz deyə bilməyəcək, belə hadisələrin də sayı artacaq.
Digər Xəbərlər
16 Sentyabr 2026 17:50
Türkiyə-Azərbaycan Universitetində Bilik Günü qeyd olundu
16 Sentyabr 2026 11:05
Nazir ƏMR İMZALADI: Yeni dərs ilində...
16 Sentyabr 2026 10:20
“Birinci sinfə gələn uşağın artıq illərlə formalaşmış dil təcrübəsi var”
15 Sentyabr 2026 16:20
LDU-da yeni tədris ilinə start verildi
15 Sentyabr 2026 12:35
Azərbaycan Universitetində 2026/2027-ci tədris ilinə start verilib
15 Sentyabr 2026 12:12
Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
15 Sentyabr 2026 11:09
Xankəndi, Xocalı və Ağdərədə ilk zəng həyəcanı - VİDEO
15 Sentyabr 2026 10:59


Bakı -°C

