Müəllim olmaq istəyənlərə xəbər: Vakansiya seçimi başladı
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə vakansiya seçiminin ilk mərhələsinə start verilir.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Adalet.az-a verilən məlumata görə, avqustun 5-i saat 11:00-dan etibarən vakant yerlərin seçimi mərhələsi başlayacaq.
İlkin mərhələdə test imtahanında müəyyən edilmiş keçid balını toplamış şəhid ailəsi üzvlərinə vakant yer seçmək imkanı yaradılacaq.
Bildirilib ki, namizədlər elektron ərizə vasitəsilə maksimum 8 vakant vəzifə seçə bilərlər. Yerləşdirmə zamanı namizədin seçdiyi vakansiyaların ardıcıllığı əsas götürüləcək.
Qeyd olunub ki, vakant yerə yerləşdirildikdən sonra həmin vəzifədən imtina edən şəxslər növbəti vakansiya seçim mərhələlərində iştirak edə bilməyəcəklər.
Növbəti mərhələlərdə yaşayış yerinə uyğun həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələri üzrə və daha sonra ümumi vakansiya seçimi keçiriləcək. Bu mərhələlərin tarixləri barədə əlavə məlumat veriləcək.
Şəhid ailəsi üzvləri üçün vakansiya seçimi avqustun 6-sı saat 11:00-dək davam edəcək.
Digər Xəbərlər
25 Avqust 2026 16:05
BDU-nun tələbəsi adını qazanan şəhid övladları
25 Avqust 2026 15:24
Əkiz bacılar eyni ixtisasa qəbul olundu
25 Avqust 2026 12:41
DİM sədri: Bu il ali təhsil müəssisələrinin qəbul planı 97,07 % dolub
25 Avqust 2026 11:11
Universitetə qəbul olan şəhid övladları - SİYAHI
24 Avqust 2026 20:13
Kəlbəcərdə ilk məktəbin yeganə məzunu tələbə adını qazandı
24 Avqust 2026 19:38
Qəbul olunanlar bu vaxtadək qeydiyyatdan keçməlidir
24 Avqust 2026 19:16
169 nəfər müsabiqədənkənar tələbə oldu
24 Avqust 2026 19:05


Bakı -°C

