16 Oktyabr 2025 13:26
77
ŞOU-BİZNES

  Müğənni aparıcıya cavab verib: “Türkanı yıxıb- sürümək lazım deyil”

Aparıcı Vüsalə Əlizadə  Türkan Vəlizadənin meyxanaçılarla və qadın müğənnilərlə efirə getməyəcəyini bildirib.

Adalet.az  xəbər verir ki, aparıcı bu sözləri efirdə səsləndirib. V.Əlizadə müğənninin bu addımını meyxanaçılara hörmətsizlik kimi qiymətləndirib:

“Mahnılarınız yazıldı, klipləriniz çəkildi, kimlərsə tərəfindən, necəsə... Bəzənib-düzənib efirə çıxdınız. Elə bilirsiniz, sizləri toylar yaşatdı, yox, bu, belə deyil. Televiziyaların burada çox əməyi var. Bu gün bizim sizin üzərinizdə haqqımız var. Sizi bu yerlərə gətirən, tanıdan biz - aparıcılar, efir olmuşuq. Çünki mən bu gün sənin hansısa mahnını təqdim edib, sənə məşhurluq qazandırmasaydım, efirə tərifnamələr deyib gətirməsəydim, zaman ayrımasaydım, bu gün sən olmazdın. 3 mahnının yutubda izlənməsi ilə iş olmur. Bu gün sosial şəbəkələr var, o vaxt yox idi. Zamanında efirə çıxıb indi sənətkar olanlar belə deyirlər ki, bu, sizin sayənizdə olub. Heç onlar belə ədalı danışıb, özlərindən razılıq etmirlər.Dəyişmək gözəldir, mən də bunu edirəm. Haqqında ən gözəl verilişləri, proqramları hazırlamışam. Xətrini çox istəyirəm, hörmətim var, bugünkü dəyişiminin də bir səbəbkarı mənəm. Bəlkə danar, bəlkə də yox. Türkan Vəlizadə, səni çox istəyirəm, amma bu gün “meyxanaçılarla bir efirə çıxmıram” sözü səni hörmətli etmir. Sən işini gözəl təqdim et, amma bu qazandan çörək yemisən. Sən bir meyxanaçı ilə ifanla tanınıb sevilmisən, pul qazanmısan, Türkan Vəlizadə olmusan. Meyxana sənəti Azərbaycan mədəniyyətinin, ədəbiyyatının bir növüdür.Bu gün dövlətimiz, rəsmi qurumlar tədbirlərdə bu sahəni dəstəkləyirsə, heç kim heç kimdən nə yuxarı, nə aşağıdır. Özəlliklə də buradan çörək yediyin halda. Bu, mənə, televiziyaya və çörək qazandığın meyxana aləminə hörmətsizlikdir”.

Mövzu ilə bağlı Adalet.az- a danışan Türkan Vəlizadən sənətində dəyişiklik etmək istədiyini söyləyib:

“Bəli, artıq meyxanaçılarla efirə çıxmaq istəmirəm. Təkcə meyxanaçılarla deyil, qadın müğənnilərlə də efirdə görünmək istəmirəm. Bu mənim qərarıdır. Hörmət etmək lazımdır. Dəyişib, inkişaf etmək istəyirəm. Sənətkarlar birlikdə efirləri bölüşmək istəyirəm. Məncə, buna sevinmək lazımdır, Türkanı yıxıb- sürümək lazım deyil”. 


Əntiqə