"Müharibə veteranlarına aylıq təqaüdün artırılmasına baxılacaq" - Nazir

Müharibə veteranlarına verilən müavinət iki il əvvəl 50 faiz artırılaraq 80 manata çatdırılıb.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Müharibə veteranlarına verilən müavinətin artırılmasına gəlincə, nazir bildirib ki, sosial ödənişlərin islahatlarının daimi tərkib hissəsi kimi müharibə veteranlarına aylıq təqaüdün artırılmasına baxılacaq.
"Amma biz çalışırıq ki, müharibə veteranları aktiv məşğulluq tədbirlərinə cəlb edilsin", - deyə o qeyd edib.
Qeyd edək ki, deputat Siyavuş Novruzov müharibə veteranlarının aylıq təqaüdünün 80 manatdan 130 manata qaldırılmasını təklif edib.
Digər Xəbərlər

Xüsusi təyinatlıların iştirak etdiyi çoxmillətli təlim BAŞA ÇATDI - FOTOLAR

İlham Əliyevin adından BƏƏ Prezidentinin şərəfinə rəsmi nahar verildi - FOTO

Liderlər Cıdır düzündə Qarabağ atlarının şousunu izlədilər - FOTOLAR

Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış oldular - FOTOLAR

Prezidentlər güllələnmiş heykəllərə baxıblar - FOTOLAR

“AQTA-nin idarə rəisi dedi ki, kəndə gedəndə qocalmış xoruz əti yeyirəm”

Rəsmi Bakı Kosta-Rikanı təbrik edib
