Multikulturalizm Mərkəzi islamofobiya mövzusunda beynəlxalq konfransın materiallarını nəşr edib
Cari ilin mart ayının 15 və 16-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və G20 Dinlərarası Dialoq Forumunun təşkilatçılığı ilə keçirilən “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransın materialları çap olunub.
Bu barədə Adalet.az-a Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat Xidməti məlumat yayıb.
İngilis dilində çap olunan topluda konfransın səkkiz bölmə iclasında məruzə olunan 30 məqalə və birgə qəbul olunan Kommünike yer alıb.
Xatırladaq ki, İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisi müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaq olub. Konfransda dünyanın 30-dan artıq ölkəsindən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. Konfransın “İslamofobiya və yeni perspektivlərlə mübarizədə kəsişən yanaşmanın əhəmiyyəti”, “İslamofobiya: Avropa və milli qanunvericilik”, “Fransada islamofobiya”, “Qərb mədəniyyətlərində müsəlmanlar haqqında konspiraloji nəzəriyyələr: Böyük yerdəyişmə nəzəriyyəsi”, “Müstəmləkəçilik, yeni imperializm və islamofobiyanın kəsişməsi: tarixi və müasir perspektivlər”, “İslamofobiya və mediada nifrət çağırışları”, “İslamofobiyaya qarşı mübarizədə birgə əməkdaşlıq və beynəlxalq təşkilatların rolu”, “Dini müxtəlifliyi və dinlərarası hörməti təşviq etməklə harmonik cəmiyyətlərin qurulması” mövzularını əhatə edən bölmə iclaslarında islamofobiya ilə mübarizədə fərqli yanaşma, bəzi Avropa ölkələrində islamofobiyanın təzahürləri, dünya mediasında islamofobiya mövzularında müzakirələr aparılıb.
Qeyd edək ki, 15 mart tarixinin İslamofobiya ilə Mübarizə Günü olması ilk dəfə 2020-ci ilin 27-28 noyabrında İslam Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Niger Respublikasının Niamey şəhərindəki toplantısında elan olunub. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2022-ci ildə martın 15-ni İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qəbul edib.
Digər Xəbərlər
23 Sentyabr 2026 12:21
Əlisəfa Azayevin 75 illiyi qeyd edildi
21 Sentyabr 2026 13:14
Əbülfət Mədətoğlu: ÜRƏYİM
21 Sentyabr 2026 12:27
İLQAR TÜRKOĞLU - CAVAD CAVADLININ 100 İLLİK YUBİLEYİNƏ
21 Sentyabr 2026 12:26
Nizami Cəfərov fenomeni
21 Sentyabr 2026 11:53
Aida İmanquliyeva – Şərqşünaslıq elmində yaşayan ömür
21 Sentyabr 2026 11:20
MÜASİR CƏMİYYƏTDƏ PRAQMATİK TƏHSİL PROBLEMİ VƏ FƏLSƏFƏSİ
21 Sentyabr 2026 10:37
Abid Tahirlinin elmi və bədii yaradıcılığının fundamental təqdimatı
20 Sentyabr 2026 10:09


Bakı -°C

