adalet.az header logo
  • Bakı -°C
11 Mart 2024 16:48
655
GÜNDƏM
A- A+

Müsəlmanlara hücumun pərdəarxası: Gürcüləri qıcıqlandıran və həvəsləndirən nədir? 

Xatırlayıram, 12 iyun Tovuz döyüşləri gedirdi. Həmin vaxt Gürcüstanda soydaşlarımıza qarşı baş verən davamlı insidentlər də bir yandan bizi bərk narahat edirdi. Təsəvvür edin, 2020-ci ilin əvvəl günündən iyununa qədər 5 dəfə gürcülər zərbaycanlılara hücum etmiş, dini zəmində qarşıdurma yaratmışdılar.

Bu qarşıdurmalar nəticəsində kifayət qədər soydaşımız xəsarət aldı, cərimələndi.
1.Gürcüstanda azərbaycanlılar və gürcülər arasında kütləvi dava:
(14-01-2020)
2.Azərbaycanlı və gürcü gənclər arasında kütləvi dava olub, xəsarət alanlar var
12 mar 2020
3.Azərbaycanlılar kütləvi etiraz aksiyası keçirdilər
04-20 - 2020
4.Azərbaycanlılar yaşayan ərazidə İNSİDENT
01 may, 2020
5. Və iyunun 1-dəki dava olayı...


O arada Tovuz hadisələri başladı və Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze Tiflisdə keçirdiyi brifinqdə dedi ki, gürcülər və ermənilər qardaş xalqlardır və hər zaman bir-birlərini dəstəkləyiblər:” Biz qardaş xalqlarıq, hər zaman bir-birimizi dəstəkləyirik və Ermənistan Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi ilə yaxşı münasibətlərimiz var.

Əgər Ermənistan hər hansı bir köməyə ehtiyac duyursa, biz səlahiyyətimizə əsaslanaraq kömək etməyə hazırıq”.
Gürcüstanın həmişə Ermənistana yardım əli uzatdığını və bu ölkənin yanında olduğunu bildirib:"Əminəm ki, Gürcüstan hökuməti və Səhiyyə Nazirliyi bundan imtina etməyəcək, əksinə, hər cür səy göstərəcəklər.

Əvvəlcə Ermənistan Səhiyyə Nazirliyi bu məsələni qaldırmalıdır və sonra əminəm ki, Gürcüstan bunu məmnuniyyətlə qəbul edəcək. Bildiyiniz kimi, gürcülər Spitak zəlzələsi zamanı digər millətlər arasında Spitaka ilk gəlmişdilər”.

2008-ci ildə İşğala məruz qalan Gürcüstandan fərqli olaraq, Azərbaycan həmişə bu ölkənin ərazi bütövlüyünə dəstəyini ifadə edib.
Amma Dağlıq Qarabağ münaqişəsinə "ümumi” yanaşma sərgiləyən Gürcüstan zaman-zaman Azərbaycana qarşı ərazi iddialarını dilə gətirib. Bu azmış kimi, Ermənistana silah-sursat sata biləcəyini ən yüksək səviyyələrdə bildirib. Bu baxımdan, tez-tez Tiflisdən ermənilərə qardaşlıq mesajı verilməsi anlaşılandır.

Yəqin ki, unutmadınız, erməni terrorcu, Azərbaycan xalqının qanına əli batmış Mixeil Avayana Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində büst qoyuldu.Bu erməni silahlısı həm də Abxaziyada Gürcüstanın ərazi bütövlüyünə qarşı vuruşub. Bu tədbirin yanvarın 20-də keçirilməsi Azərbaycana və dünyadakı azərbaycanlılara qarşı atılan mənəvi-psixoloji təxribat sayıla bilər. Sözün həqiqi mənasında saymazlıq...

Bundan başqa  - 2019-cu ilin iyun ayı "Keşikçidağ" sərhəd zasta­va­sının xidməti ərazisində baş verən olaylar məhz Gürcüstanın Azərbaycana qarşı aqressiya və nifrətinin bariz nümunəsi hesab oluna bilər. Əsgərlərimizə hücum, abidəmizi mənimsəmə hərəkatı... Əlbət də heç birini unutmadıq.


Azərbaycana qarşı təxribatçı davranışı və bəyanatı ilə yadda qalan Gürcüstanın prezidenti Salome Zurabişvili hələ ölkəsinin xarici işlər naziri vəzifəsində çalışarkəndə ölkəmizin ünvanına xoşagəlməz çıxışları ilə sələflərindən secilirdi. "Keşikçidağ" qarşıdurmasında isə Salome göstərdi ki, bu qarşıdurmanın arxasındakı elə onun özüdür.

Nəhayət, Tovuz hadisəri və arxasınca da qələbə qazandığımız Vətən müharibəsi ... bir müddət gürcülərin azərbaycanlılara hücumu dayandırıldı. Artıq Gürcüstan hakimiyyəti əli güclənmiş Azərbaycana göz dağı vermək üçün ölkədəki azərbaycanlıların haqqını tapdamağa cürət edə bilmirdilər. Hətta bir ara ermənilərə qarşı da mənfi münasibət sərgilədilər. Artıq 3 ildən çox idi ki, Gürcüstan ərazisində iki xalq arasında qarşıdurma xəbərləri yayılmırdı...

Nəhayət ermənidən daha millətçi olan gürcülər keçmiş vərdişlərini yadlarına salıblar. Martın 8-də Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsindəkiAdıgeni kəndində dini məktəbin fəaliyyət göstərdiyi və yerli müsəlman əhalinin cümə günləri namaz qıldığı Tsereteli 18 ünvanında yerləşən yaşayış binasının yaxınlığında qarşıdurma baş verib. Əlbəyaxa dava baş verib. Zarzma məbədinin keşişi Nikoloz Getsadze pravoslav ruhaniləri və bir qrup yerli sakinlər ilə birlikdə binanın həyətinə gələrək müsəlmanlardan binanı tərk etmələrini tələb ediblər. Hadisə yerinə xeyli sayda polis əməkdaşı cəlb olunub.


Axı 4 ildən sonra niyə belə bir hadisə baş verdi? deyə düşünürsünsə, o zaman bir neçə ay əvvəl Fransanın Gürcüstan ərazisindən Ermənistana silah daşınması xəbərini yadınıza salın. Bu qarşıdurma nəyin məntiqi nəticəsidir -soruşursunuzsa, Azərbaycan əleyhinə yaradılan hərbi blokun (Fransa, İran, Hindistan, Yunanıstan,Kipr) Ermənistana silah-sursatla təmin etməsinin və Ermənistanın müasir silahlarla tezliklə hücuma keçəcəyinin guya bu hücumla Azərbaycanı məğlub edəcəyi xəbərlərinin sürətlə yayılmasından qaynaqlanır. Gürcüstan heç vaxt dili, dini ayrı olan bir qonşu dövlətin özündən daha da qüdrətli olmasını istəməzlər. Odur ki, bu silahlanmış və 5 ölkənin müdafiə dəstəyini almış Ermənistana həmrəylik gedişidir.

P.S. 2020 -ci ildə Gürcüstan- Azərbaycan arasında əlaqələri araşdırmışdım. Onu olduğu kimi diqqətinizə çatdırıram:"Gürcüstanın çiçəkənməsində Azərbaycanın rolu



Qaz - Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunur ki, bu ilin yanvar-aprel aylarında Gürcüstanın Azərbaycandan qaz idxalı illik müqayisədə 54 490 kubmetr və ya 6,3% azalaraq 802 768,1 kubmetr təşkil edib. Qeyd edək ki, ötən ilin yanvar-aprel aylarında Gürcüstan Azərbaycandan 146 523,4 min dollar dəyərində 857 258,1 kubmetr qaz idxal edib.

Neft - Bu ilin yanvar-aprel aylarında Gürcüstan Azərbaycandan 62 102 ton neft və neft məhsulları idxal edib.Son 1 ildə qonşu ölkənin Azərbaycandan aldığı neft və neft məhsullarının ümumi dəyəri isə 10,6% artaraq 34 milyon 210 min ABŞ dolları təşkil edib.

Elektrik enerjisi -Həmcinin Azərbaycan Gürcüstana 26 mln. 261,8 min dollar dəyərində elektrik enerjisi ixrac edib.İllik müqayisədə qonşu ölkənin Azərbaycandan idxal etdiyi elektrik enerjisi məbləğ baxımından 1 milyon 396,3 min dollar və ya 5,6% çoxdur. Ötən ilin (2019)analoji dövründə Gürcüstan Azərbaycandan 24 milyon 865,5 min dollar dəyərində elektrik enerjisi alıb.

Pul köçürmələri - Qonşu ölkəyə daxil olan pul köçürmələrinin həcmində Azərbaycanın payı 1,49%-ə bərabər olub. İllik müqayisədə Azərbaycandan Gürcüstana pul köçrümələri 44,67% artıb.

Turizm - Gürcüstan Milli Turizm Agentliyinin ilkin hesablamalara əsasən təqdim etdiyi hesabatında bildirilib ki, 2019-cu ilin yanvar-iyun ayları ərzində Azərbaycandan Gürcüstana 124 780 turist gəlib ki, bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə 10 128 nəfər və ya 8,8% çoxdur. Qeyd edək ki, 2016-cı ildə rekord həddə- 570,825 nəfər azərbaycanlı Gürcüstana səfər edib. O vaxtdan indiyənə qədər rəqəmlərin sayında cüzi fərqlər olsa da, qonşu dövlətin turizminə ən çox pul xərcləyən məhz bizim vətəndaşlarımızdı.

Humanitar Yardım -Bunu da unutmayaq: Gürcüstan nə vaxt çətinliklə qarşılaşıbsa, Azərbaycan Respublikası onun yanında olub. İyun 2015-ci il zəlzələsində və ondan əvvəl baş verən bütün təbii hadisələr zamanı Azərbaycan öz səxavətini layiqincə göstərib.Koronaviruzla bağlı yardımlar isə intensiz şəkildə dost dediyimiz və dost bildiyimiz bu ölkəyə dəfələrlə verilib. Ötən ay Azərbaycanın Gürcüstandakı səfirliyi bu ölkənin Kaxeti bölgəsinə ərzaq yardımı edib. Ərzaq yardımı Kaxeti bölgəsindəki 200 ailəyə olunub. Qeyd edək ki, Azərbaycan Səfirliyi daha əvvəl də "Azərbaycanlı İş adamları Birliyi"nin maliyyə dəstəyi ilə Marneuli və Bolnisiyə 600 bağlama humanitar yardım etmişdi. Ustəlik Azərbaycan şirkəti olan "AS Georgia” Gürcüstanda 250 ailəyə sosial yardım etdi. Siyahını uzatmaq mümkündür.
2020-ci il".


Bütün bunların müqabilində Gürcüstanın Azərbaycana olan nankor münasibəti Ermənistan siyasətinin rəsmi Tibilisiyə sıçradığının bariz nümunəsidir.

 Əntiqə Rəşid