Mustafa Çəmənlinin kitabının təqdimatı keçirilib

Azərbaycan Milli Konservatoriyası nəzdində musiqi kollecinin akt zalında yazıçı, publisist Mustafa Çəmənlinin "Şərq musiqisinin incisi" adlı kitabının təqdimatı keçirilib.
Görkəmli incəsnət xadimi, görkəmli ziyalı Seyid Şuşinskiyə həsr olunan bu kitabın işığına bir çox sənət nümayəndələri, qələm əhli, musiqi kollecinin rəhbərliyi, müəllim heyəti və tələbələri yığılıb.
Tədbiri musiqi kollecinin direktoru əməkdar incəsənət xadimi, tarzən Nazim Kazımov açıq elan edib. O, sözünün əvvəlində musiqi kollecinin yaranma tarixindən, Seyid Şuşinksinin həyatından və müəllifin yaradıcılığından söz açıb.
Aparıcının çıxışından sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Əməkdar incəsənət işçisi Səadət Təhminazqızı musiqi tarixindən söz açıb: “Azərbaycan mədəniyyətinə xidmət edən böyük alimlərin ruhu qarşısında baş əyirik. Milli-mədəni irsimizin qorunub-saxlanmasında, nəsildən- nəsilə ötürülməsində Mustafa Çəmənli kimi yazıçıların rolu böyükdür. Deyirlər ki, kitab bilik mənbəyidir. Bu, həqiqətən də belədir. Amma o kitab daha oxunaqlı olur ki, onun müəllifi peşəkar şəxs və kitabın ünvanlandığı insan isə böyük mütəfəkkir olur. Mən bu mənada Mustafa müəllimə çox təşəkkür edirəm. Bir neçə insan var ki, onların yazdıqları mənə bir dayaq, bir məsələhət yeri olub. O insanlar içərisində Mustafa müəllim də var.”
Tədbirin aparıcısı tarzən Nazim Kazımov bu məqamda müəllifin çıxışının daha məqsədəuyğun olduğunu qeyd edib.
Maraqlı hadisələri nəql edən Mustafa Çəmənli səmimiliyi ilə tədbir iştirakçılarının zövqünə oxşayıb:
“Mən bu kitabı dəyərli bilib, məni dəyərli bilib bura gələn hər kəsə təşəkkür edirəm. Kitabın əziyyətin çəkən bütün heyətə minnətdarlığımı bildirirəm. Ümumiyyətlə, kitab kollektiv əmək məshuludur. Yəni kitab təkcə müəllifin deyil. Ən bilikli müəllifin belə gözündən nəsə yayınır. Hələ XIII əsrdə yaşamış böyük alim Nəsrəddin Tusi deyirdi ki,mənim yazılarımda qüsurlarımı görüb düzəldənə əvvəlcədən minnətdarlığımı bildirirəm.
Düşünürəm ki, müəllif real şəxsiyyət haqqında kitab yazanda uydurmalara yol verməməlidir. Sonra o yalanları heç kəsin zehnindən silmək olmur. Kitab hadisələri və şəxsiyyətləri yaddaşdan- yaddaşa köçürür.
Seyid Şuşinskiy ailə qurmayıb. Lakin onun yetirmələri mənəvi övladı sayılır.
Vəli Məmmədova dedim ki, çox qəribədir Seyidin bu qədər tələbələri var, amma Seyidin yolu ilə oxuyan yoxdur. O dedi ki, Seyidin yolu ilə oxumaq çox çətindir. Söz yox ki, bütün tələbələri Seyiddən öyrəndiklərini tətbiq edirlər. Ancaq onun yolu özünəməxsusdur. Nə yaxşı ki, muğamı nota köcürməyiblər. Muğam notla oxunsaydı, günümüzə qədər gəlib çıxmazdı.”
Sonra isə tədbir iştirakçıları musiqi kollecinin II kurs tələbəsi Tunay Hacıyevanın ifasında “Mehriban olaq” mahnısını dinlədilər.
Nəşriyyatın icraçı direktoru Pərviz Əmirov qısa çıxışında müəllifi təbrik edib. Bu kitabın vacibliyindən danışıb. Tədbiri təşkil edənlərə minnətdarlığını bildirib.
Kollecin II kurs tələbəsi Ayxan Məmmədov “Kurd Şahnaz” muğamını ifa edib.
Ardınca Respublikanın xalq artisti Gulyaz Məmmədova musiqi kollecindəki xatirələrini bölüşüb. Daha sonra müəllifə yaradıcılıq uğurları arzu edib.
Tədbir tələbələrin musiqili çıxışları ilə davam edib .
Əntiqə Kərimzadə
Digər Xəbərlər

Şəlalə Camal: Bir də gördün olmadım...

“Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimat mərasimi olub - FOTOLAR

Şəlalə Camal: Bu qapı döyülməyəcək

POEZİYAMIZIN VAQİFİ, ƏDƏBİYYATIMIZIN ASLANI

“Qarabağın Tutusu”nun yubiley tədbiri keçirilib - FOTOLAR

Pərviz Yəhyalı yaradıcılığına baxış

Orxan Zakiroğlu Baharlının yeni kitabı: "Qarabağın Veysəlli oymağı -Qayıbovlar"
